Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 May 2026 İclaslar İclaslar

GEOLOGİYA İNSTİTUTUNDA MÜTƏXƏSSİSLƏR ŞURASININ VƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARININ BİRGƏ İCLASI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya İnstitutu Mütəxəssislər şurasının (kollokvium) və Ümumrespublika elmi seminarının keçirilmiş birgə iclasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, dissertant Səbinə Kazımovanın Yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cənubi-Şərqi Qafqazın Mezozoy və Kaynozoy struktur komplekslərinin seysmik tomoqrafiya məlumatları əsasında uyğunsuzluq münasibətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İddiaçının elmi məsləhətçisi AMEA müxbir üzvü Qurban Yetirmişlidir.

Geologiya İnstitutun baş direktoru akademik Akif Əlizadə iclası açaraq sözü dissertant Səbinə Kazımovaya verib.

S.Kazımova  seysmik tomoqrafiyanın müasir metodlarından istifadə etməklə Qafqaz regionunun dərin strukturunun və müasir geodinamik proseslərinin, seysmoloji məlumatların təhlili əsasında yer qabığının seysmiklik xüsusiyyətlərinin və gərginlik-deformasiya vəziyyətinin üçölçülü modelləri əks olunmuş təqdimatla çıxış edərək, alınmış nəticələrin Moxo sərhədinin dərinliyini dəqiqləşdirməyə, yer qabığında və yuxarı mantiyada dərin qırılma zonalarını və sürət qeyri-bərabərliyini müəyyən etməyə, Mezozoy və Kaynozoy struktur kompleksləri arasında əlaqənin xüsusiyyətləri haqqında məlumat verib. Eləcə də,  aparılan işlərin praktiki əhəmiyyəti, zəlzələ parametrlərinin ölçülməsi dəqiqliyinin artırılması, seysmik monitorinq sistemlərinin təkmilləşdirilməsi, Azərbaycanın və bütövlükdə Qafqaz regionunun seysmik təhlükəsinin qiymətləndirilməsi ilə bağlı olduğunu vurğulayıb.

Dissertasiya işinin rəyçiləri - Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının professoru, Yer elmləri doktoru Vaqif Qədirov, AMEA nəzdində RSXM-nin “Geofiziki tədqiqatlar və süni intellekt” şöbəsinin müdiri v.i.e. f.-r.elmləri doktoru, professor Azad Bayramov və Geologiya İnstitutunun “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin baş elmi işçisi, g.-m.e.d., dosent Abdulvahab Muxtarov iddiaçı Səbinə Kazımovanın işinə verdikləri rəyi səsləndirərməklə yanaşı, irad və təkliflərini də bildirdilər.

Geologiya İnstitutunun Kollokvium üzvləri çıxışlarında dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini qeyd ediblər və görülmüş işin növbəti mərhələdə müzakirə olunmasını dəstəkləyiblər.

next
next