Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
ETN GEOLOGİYA İNSTİTUTUNDA ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMUNUN SESSİYASI ÜZRƏ NÖVBƏTİ TƏDBİR
ETN Geologiya İnstitutunda BMT-nin dayanıqlı şəhərsalma üzrə böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun sessiyası (WUF13) üzrə növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev məruzə üçün sözü Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevə verib.
Məruzəçi "Şəhər ərazilərində mikrorayonlaşdırma və yer hərəkətinin modelləşdirilməsi" mövzusunda çıxışında gənc tələbə və mütəxəssislərin WUF13 çərçivəsində keçirilən tədbirlər seriyasında iştirakının vacibliyini, təqdim olunan mövzunun praktiki əhəmiyyətini diqqətə çatdırıb.
Qulam Babayev təqdimatda şəhər ərazilərinin mikrorayonlaşdırılmasının prinsipləri, Yer hərəkətinin modelləşdirilməsi metodları, seysmik risklərin qiymətləndirilməsi və xəritələşdirmə konsepsiyaları haqqında ətraflı məlumat təqdim edib. Həmçinin Bakı şəhəri və Abşeron yarımadasında aparılan seysmik mikrorayonlaşdırılma işlərini nümunə kimi göstərərək fəaliyyət metodlarının tətbiq ardıcıllıqlarını geniş izah edib.
Məruzəçi sonra təqdimatı böyük maraqla dinləyən auditoriyanın suallarını ətraflı cavablandırıb.