Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Apr 2026 Diqər xəbərlər Diqər xəbərlər

GÖRKƏMLİ TİBB MÜTƏXƏSSİSİ AĞABƏY SULTANOVUN 90 İLLİYINƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə ATU-da Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Ağabəy Haşım oğlu Sultanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Düşüncənin parlaq işığı” adlı elmi-praktik konfrans keçirilib.


Konfransı giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Ağabəy Sultanovun Azərbaycan səhiyyə və psixiatriya elminin inkişafındakı rolunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, o həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı olub. Alimin pedaqoji fəaliyyətində tələbələrə təkcə bilik deyil, həm də həkim etikası, humanizm və məsuliyyət prinsipləri aşılanıb.


Tədbirdə ölkənin görkəmli elm və ictimai xadimləri A.Sultanovu istedadlı tibb mütəxəssisi, pedaqoq, əsl ziyalı kimi xarakterizə ediblər. 


Daha sonra uzun müddət görkəmli alimlə münasibətdə olmuş ETN Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə Ağabəy Sultanovla bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən və aforizmlərindən söhbət açıb. Tədbir iştirakçıları alimin yeni faktlarla zəngin çıxışını maraqla qarşılayıblar.


Konfrans çərçivəsində həmçinin yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.