Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Apr 2026 Çöl tədqiqatları Çöl tədqiqatları

BAKIDA KEÇİRİLƏCƏK 13-cü DÜNYA ŞƏHƏRSALMA FORUMUNA (WUF13) HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ MƏKTƏBLİLƏR ÜÇÜN PALÇIQ VULKANINA EKSKURSİYA TƏŞKİL OLUNUB

Ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu qlobal tədbir – 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində Akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdləri üçün Abşeron yarımadasında yerləşən Keyrəki palçıq vulkanına ekskursiya təşkil edilib. Layihə Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutub.

Təbiət abidəsi ilə əyani tanış olmaq və şəhər mühitində ətraf infrastruktur üçün təhlükə yaradan palçıq vulkanını yerində müşahidə etmək məqsədi daşıyan ekskursiyada Binəqədi bələdiyyəsinin sədri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadası Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev də iştirak edib.

Ərazidə Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, yer elmləri üzrə elmlər doktoru Orxan Abbasov şagirdlərə palçıq vulkanlarının geoloji xüsusiyyətləri və yaranma mexanizmləri barədə məlumat verib. Gənclərin diqqətinə xüsusilə palçıq vulkanlarının aktivləşməsi (püskürməsi) nəticəsində yarana biləcək potensial təhlükələr, infrastruktur üçün ehtimal olunan risklər və bu amillərin şəhərsalmada nəzərə alınmasının vacibliyi çatdırılıb.

Ekskursiyanın sonunda mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar yer elmləri üzrə elmlər doktoru Orxan Abbasov, eləcə də nazirlik rəsmisi və bələdiyyə sədri tərəfindən cavablandırılıb.

next
next