Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Nov 2025 Mühüm hadisələr Mühüm hadisələr

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA AKADEMİK YUSİF MƏMMƏDƏLİYEVİN 120 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Geologiya və Geofizika İnstitutunda (GGİ) akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə xatirə tədbiri keçirilib.

GGİ-nin baş direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə elmin inkişafına verdiyi misilsiz töhfələrini nəzərə alaraq, imzaladığı Sərəncama əsasən  Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə alimin xatirəsini yad etməyin əhəmiyyətini vurğulayıb.

A.Əlizadə sonra sözü “Akademik Yusif Məmmədəliyevin həyatı və elmi irsi” mövzusunda məruzə üçün dəvət olunmuş ETN Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasova verib. Qonaq görkəmli alimin həyat və yaradıcılığı haqqında, elmi fəaliyyəti və qazandığı uğurlar, Azərbaycanda kimya elminin inkişafına verdiyi töhfələri barədə danışıb. Bildirib ki, Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb.

V.Abbasov  diqqətə çatdırıb ki, görkəmli alimin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri, Bakı Dövlət Universitetinin rektoru, Kimya İnstitutunun direktoru, həmçinin digər mühüm vəzifələrdə fəaliyyəti həmişə nümunə göstərilib. Şərəfli həyatı və səmərəli elmi fəaliyyəti Dövlət mükafatı, çoxsaylı orden və medallarla, eləcə də ümumxalq sevgisi ilə qiymətləndirilib.  

next
next