Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ NÖVBƏTİ ELMİ SEMİNARI KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti elmi seminarında “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin doktorantı Murad Qəhrəmanov “Qravitasiya Məlumatlarına Əsasən Parker-Oldenburq Üsulu İlə Cənubi Xəzər Hövzəsinin Moxo Struktur Quruluşunun Müəyyən Olunması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə Cənubi Xəzər Hövzəsinin dərinlik quruluşunun öyrənilməsinə, xüsusilə də Yer qabığı ilə mantiya arasındakı keçid sərhədi olan Moxo strukturunun tədqiqinə həsr olunub. Qeyd olunub ki, dərinlik quruluşunun aşkarlanması müasir geofiziki tədqiqatlarda böyük əhəmiyyət kəsb edir.
Murad Qəhrəmanov təqdimatında tədqiqat ərazisinin Buge qravitasiya sahəsini və onun anomaliyalarını şərh edib. Xüsusi diqqət Moxo sərhədinin dərinliyinin təyin edilməsində əsas metod olan Parker-Oldenburq üsuluna, habelə qravitasiya sahəsinin Güc spektri analizinin tətbiqinə yönəldilib.
Parker-Oldenburq metodu ilə aparılan inversiya nəticəsində Moxo struktur quruluşunun xəritəsi tərtib edildiyi bildirilib. Eyni zamanda yeraltı strukturların kənarlarının müəyyən edilməsi üçün Logistik filtr (təkmilləşdirilmiş filtr) metodu ilə əldə olunan nəticələr təhlil edilib.
Təqdimatın Xəzər regionunun dərin geoloji quruluşu ilə maraqlanan mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Məruzəçi tədbir iştirakçılarının suallarını cavablandırıb.