Ana Səhifə / Elanlar

E L A N

26 - 17 Jun 2026 E L A N Elanlar

ETN Geologiya İnstitutunda 2026-cı ilin yaz imtahan sessiyası çərçivəsində ixtisas fənnindən fəlsəfə doktoru imtahanı keçiriləcək.

 

 

Tarix:     16.06.2026 – saat 1000  - da.

İxtisas:  2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”.

Ünvan:  Geologiya İnstitutu, 2-ci mərtəbə, otaq 233.

 

                                               İmtahanının  proqram:

 

“Yer fizikası” seksiyasının rəhbəri  geologiya-mineralogiya elmləri  doktoru,  prof., akademik F.Ə.Qədirov.

Tərtib edənlər:  geologiya-mineralogiya elmləri doktoru, prof., akademik F.Ə.Qədirov,

geologiya-mineralogiya elmləri doktoru, prof. M.İ.İsayeva,

geologiya-mineralogiya elmləri doktoru, AMEA müxbir üzvü Ç.S.Əliyev,

geologiya-mineralogiya elmləri  doktoru A.Ş.Muxtarov.

 

BÖLMƏ I – GEOFIZIKA

 

  1. Geoxronologiya. Yerin Yaşı. Ümumi nəzəriyyə. Yaş təyinində radioaktiv metodlar (Stronsium-Rubidium, Qurğuşun-Uran, Qurğuşun –torium, Arqon – Kalium, Arqon-Arqon, Neodium-Samarium). Radioaktiv bölünmə izlərinə əsasən yaş təyini.

  2. Seysmologiya. Seysmik dalğalar (həcmi, mübadilə və səthi dalğalar). Seysmik dalğaların qodoqrafı. Yerin sərbəst rəqsləri. Seysmik sürətlər və Yerin sürət modeli (Hart, Anderson, Kanomori). Yerin seysmikliyi. Zəlzələlərin coğrafi paylanması. Əsas anlayışlar (zəlzələ ocağı, hipomərkəz, epimərkəz, epimərkəz uzaqlığı vs. ). Zəlzələ ocaq mexanizmi. Afterşoklar, Forşoklar və Zəlzələ qasırğaları, Maqnituda, Seysmik moment, Maqnituda və tezlik arasında əlaqə, Zəlzələdə ayrılan enerjinin hesablanması. Yer daxilində sıxlığın dəyişməsi. Adams-Vilyamson tənliyi.

  3. Yerin qravitasiya sahəsi və fiquru. Qravitasiya sahəsi potensialı və xassələri. Ağırlıq qüvvəsi potensialı. Geoid. Klero teoremi. Ağırlıq qüvvəsinin normal qiymət düsturları. İzostasiya nəzəriyyəsi. Ağırlıq qüvvəsinin zaman dəyişmələri. Ağırlıq qüvvəsinin qabaran və qabarmayan dəyişmələri.

  4. Yerin daxili temperaturu. Yerin istilik axını. Yer daxilinin temperaturu. Yer istiliyinin mənşəyi və Yerdə istiliyin daşınması. Okean və Qitələrdə istilik axınları. Adiabatik proseslər və mantiyada ərimələr. Mantiya geotermi və adiabatı. Mantiyada konveksiya hərəkətləri. Nüvənin istilik strukturu. Vulkanizm və istilik axını. Qaynar nöqtələr. Metamorfizm: Qitə qabığının temperaturu. Yerin termik tarixi.

  5. Magnetizm. Yerin maqnit sahəsi. Yerin maqnit sahəsinin inversiyası. Maqnitostratiqrafiya. Paleomaqnetizm. Maqnit qütbü miqrasiyaları və plitələrin keçmiş hərəkətləri. Plitələrin Rekonstruksiyası.

  6. Petrofizika. Süxurlar. Onların fiziki xassələri. Sıxlıq, məsaməlilik və keçiricilik. Süxurların elektrik maqnit və istilik xassələri. Elastiklik. Maqnetizm. Radioaktivlik.

  7. Plitələr tektonikası. Litosfer plitələri və onların sərhədləri. Plitə sərhədlərinin geoloji və geofiziki xarakteristikaları. Spreding və Subduksiya, Vilson dövrləri. Plitə hərəkətlərinin sferik və müstəvi modelləri. Plitələrin fırlanma vektorları və qütbləri. Plitələrin üçlü bağlanma nöqtələri. Plitələrin nisbi və mütləq hərəkəti. Plitə tektonikası mexanizmi. Konveksiya hərəkətləri. Plitələrə təsir edən qüvvələr.     

    BÖLMƏ II - FAYDALI QAZINTILARIN GEOFIZIKI AXTARIŞ ÜSULLARI

    1. Seysmik kəşfiyyat. Seysmik kəşfiyyatın fiziki əsasları. Əks olunan dalğa üsulları (ƏDÜ). Zaman sahələri. Əks olunan dalğaların kinematik və dinamik xüsusiyyərləri. Ümumi dərinlik nöqtələri üsulları (ÜDNÜ). Seysmik dalğaların süni mənbələri. İnterpretasiya. Sınan dalğalar üsulları (SDÜ), sınan dalğaların korrelyasiya üsulları (SDKÜ), tətbiq olunma sahəsi. Dərinlik seysmik zondlama üsulu (DSZÜ). Yerin quruluşunu öyrənmək məqsədi ilə zəlzələlərdən istifadə edilmə.

    Seysmik kəşfiyyat üsulları ilə əldə edilən məlumatların təkmilləşdirilməsi. Faza korrelyasiyası, seleksiya növləri, düzəlişlər (təshihlər). Zaman kəsilişləri və onların dərinlik kəsilişlərinə dəyişdirilməsi. Seysmik kəşfiyyata aid olan cihazların quruluş prinsipi. Seysmik kanal. İxtiyar verici (rüsxət verici) qabiliyyət, tezlik və dinamik diapazonları. Seysmoqəbuledicilər. Çöl şəraitində qeyd etmə sistemləri.

    1. Qravimetrik kəşfiyyat üsulları. Qravitasiya potensialı və onun fiziki mənası, səviyyə səthləri. Qravitasiya potensialının ikinci törəmələri və fiziki mənası. Laplas və Puasson tənliyi. Yerin qravitasiya sahəsi. Ağırlıq qüvvəsi və potensialı. Ağırlıq qüvvəsi potensialının sferik funksiyalar sırasına ayrılması. Geoid. Geoid səthində ağırlıq qüvvəsinin hesablanması. Ağırlıq qüvvəsinin normal paylanma formulları. Ağırlıq qüvvəsinin ikinci tərtib törəməsinin normal qiymət formulu. Ağırlıq qüvvəsinin zamana görə dəyişməsi. Ağırlıq qüvvəsinin qabaran dəyişmələri. Yerin ağırlıq qüvvəsinin qabarmayan dəyişmələri.

    Qravimetrik məlumatların geoloji interpretasiyasının fiziki əsasları və metodologiyası. Süxurların sıxlığı. Süxurların sıxlığının təyini metodları. Nettlton metodu.

    Qravimetrik məlumatların geoloji məqsədlə istifadə olunması. Reduksiya anlayışı və onların formaları. Normal qravitasiya formulu. Yüksəklik düzəlişi: Faye və Buqe düzəlişləri. Topoqrafiya düzəlişləri. Buqe anomaliyası xəritələri.

    Qravimetrik məlumatların geoloji interpretasiyasında düzgün həndəsi şəkilli cisimlər üçün tərs və düz məsələnin həlli üsulları. Əsas anlayışlar. Maddi nöqtə və Kürə. Şaquli maddi çubuq və Şaquli dairəvi silindr üçün düz məsələ. Üfüqi maddi çubuq və Üfüqi dairəvi silindr üçün düz məsələ. Şaquli maddi zolaq və Şaquli nazik təbəqə üçün düz məsələ. Üfüqi maddi zolaq, Üfüqi nazik təbəqə və Üfüqi maddi yarımmüstəvi üçün düz məsələ. Düzbucaqlı paralelepiped, Şaquli və Əyimli pillə üçün düz məsələ. Müxtəlif sıxlıqlı iki mühit sərhədinin relyefinin və dərinliyinin təyin edilməsi. Fişer metodu. Limit dərinliyi. İnversiya metodu. Seçmə üsulu. Qravitasiya anomaliyalarının transformasiya metodları. Regional və lokal sahələrin ayrılması. Ortalama üsulu və qalıq anomaliyanın hesablanması, Analitik uzanım və törəmələr metodu, Qriffin üsulu. Saks-Nigard üsulu. Variasiya metodu. Korrelyasiya-statistik metodlar. Tərs məsələnin həlli metodu. Furye çevirmələri. Qravitasiya sahəsinin spektral analizi. Anomaliya yaradan cisim dərinliklərinin təyininin spektral metodu –Spektor-Grant metodu. Seçmə metodu. Qravimetrik  məlumatların Yer qabığının geoloji dərinlik quruluşunun öyrənilməsində tətbiqi. Buqe anomaliyaları ilə yer qabığı qalınlığı arasında korrelyasiya əlaqəsi (Demenitskaya və Vullard metodlari). Geoloji məsələlər  və qravimetrik işlərin qoyuluşu. Regional qravimetrik ölçü nəticələrinin interpretasiyası. Tektonik bölgələndirmə. Qravimetrik metodlarının neft-qaz və kömür yataqları axtarışında tətbiqi. Qravimetrik metodların filiz və qeyri filiz yataqları axtarışında tətbiqi. Azərbaycan ərazisinin qravitasiya anomaliyaları və geoloji interpretasiya.

    1. Maqnit kəşfiyyat üsulları. Yerin geomaqnit sahəsi, onun strukturu və elementləri. Maqnit potensialı. Normal və anormal geomaqnit sahələri. Maqnit anomaliyalarının klassifikasiyası. Geomaqnit sahəsinin zamana görə variasiyaları. İnversiyalar, Yerin maqnitosferi. Yerin maqnit sahəsinin və onun inversiyalarının əmələ gəlmə nəzəriyyəsi. Maqnit sahəsində cismlərin maqnitləşməsi və maqnitləşmə xüsusiyyətləri. Paleomaqnetizm və onun təzahürləri. Yerdə, havada, dəniz planalmalarının metodikası. Maqnit anomaliyasının interpretasiyası və emalında müasirproqramlardan istifadə. Dağ süxurlarının maqnit xüsusiyyərləri və onların ölçülmə metodikası (laboratoriyada, çöldə və quyularda).

    Maqnit və qravitasiya potensiallarının əlaqələri. Puasson fofmulası. Maqnit kəşfiyyatının düz və tərs məsələlərinin həlli. Maqnit kəşfiyyatı məlumatlarının analitik və statistik interpretasiya metodları. Transformasiya, yuxarı və aşağı yarım fəzalara analitik uzadılması. Sahələrin regional və lokal bölünməsi.

    Geomaqnit sahəsinin statistik analizi. Proqramlaşdırılmış emalın və interpretasiyanın prinsipləri. Geoloji məsələlərin həllində kəşfiyyat geofizikasının maqnit üsullarından istifadə olunması. Maqnit kəşfiyyatının plana alınması.

    Yerin maqnit sahəsi. Əsas maqnit sahəsi, maqnit xəritələri. Sferik, hormonik analiz. Əsri variasiyalar. Əsas maqnit sahəsinin əmələgəlməsi. Kontinentlərin və okeanların anomal maqnit sahəsi. Dağ süxurlarının və minerallarının maqnetizmi. Maqnit kəşfiyyatı. Yerin elektromaqnit sahəsi. Maqnitosferanın quruluşu. Maqnit kəşfiyyat üsulları və istifadə olunan cihazlar.

    1. Elektrik kəşfiyyat üsulları. Sabit və dəyişən cərəyan elektrik kəşfiyyat üsulunun fiziki əsasları. Elektrik kəşfiyyat üsulunun fiziki əsasları. Elektrik kəşfiyyatının müxtəlif modifikasiyalarının təsnifatı. Elektrik kəşfiyyatında öyrənilən sahələr haqqında ümumi məlumatlar (təbii və süni, sabit və dəyişən, stasionar və qeyri stasionar sahələr). Elektrik kəşfiyyatında istifadə olunan parametrlər. Elektromaqnit sahələrinin əsas modelləri (kvazistasionar və stasionar modellər). Elektrik və elektromaqnit profilləsmə üsulları. Elektrik kəşfiyyatı nəticələrinin keyfiyyət interpretasiyası (EHM vasitəsilə avtomatik interpretasiya).

    Süxurlar, onlarda qeyricinslilik, disperslik, fazalararası səthlər. Məsaməlik. Məsamələrin forması. Məsamələrin ölçüsü.  Məsamələrin əlaqəsi və məsaməliyin  tipləri. Məsaməliyin başqa petrofiziki xassələrlə əlaqəsi və məsaməliyə təsir edən amillər. Süxurların nəmliyi. Süxurların sıxlığı. Mineralların sıxlığı. Maqmqtik süxurların sıxlığı. Çökmə süxurların sıxlığı. Süxurların maye və qaz keçiriciliyi. Effektiv və nisbi keçiricilik. Süxurların elektrik xassələri. Süxurların xüsusi elektrik müqaviməti. Süxurların diffuziya-adsorbsiya aktivliyi. Elastiklik. Elastiklik modulu və əmsalı. Elastiki gərginlik dalğalarının yayılma sürəti.

    1. Radioaktiv kəşfiyyat metodu. Yerin radioaktiv sahəsi. Təbii mühitin radioaktivliyi. Qamma sahənin quruluşu. Qamma sahənin nəzəri ölçülərinin əsası. Qamma sahənin xüsusiyyəti. Təbii süxur törəmələrinin qamma spektrometriyası. Radioaktiv süalarının tərkibi, enerjisi (növləri) və onun cisimlərlə qarşılıqlı əlaqəsi. Nüvə reaksiyalarının növləri, nüvə geofizikasının tədqiqatlarının istifadəsi və tətbiqi. Filizlərin, dağ süxurlarının, təbii suların və qazların radioaktivliyi. Təbii elementlərin qamma şüalanmasının spektral xarakteristikası. Təbii radioaktivliyin ölçülməsində istifadə olunan cihazlar. Aero, avto və daşına bilən radiometrlər, qamma spektrometrləri, etanometrlər.

    Rayonun geoloji quruluşunun öyrənilməsində radioaktiv olmayan faydalı qazıntıların axtarış və kəşfiyyatında radiometrik üsulların tətbiqi.

    1. Geotermik kəşfiyyat üsulu. Yerin istiliyi. Yerin istilik sahəsi. Quyu temperaturları. Geotermal qradiyent. Yerin daxili istilik mənbələri. Yer daxilində radioaktiv elementlərin paylanması. Radiogen istilik. İstilik daşınması mexanizmləri. Süxurların istilik keçirməsi. İstilik seli. Yerin səthində istilik mübadiləsi. İstilik balansı.

    Temperaturun ölçülməsi.Geotermik tədqiqatlar üçün termometrlər və köməkçi avadavlıqlar. Ölçmə dəqiqliyi. Süxurların istilik tutumu, istilikkeçirmə əmsalı və temperaturkeçirmə əmsalının ölçülməsi üsulları və ölçmə cihazları. İstilik seli sıxlığının təyini və interpretasiyası. Geotermik xəritəalma.

    1. Quyu geofizikası. Elektrik karotajının fiziki əsasları və modifikasiyaları. Özbaşına yaranan polyarlaşma potensialı. Fərz olunan müqavimət üsulları. Fərz olunan müqavimət üsulununpetrofiziki əsasları. Quyularda tətbiq olunan zond və cihazların ölçü sxemləri və tipləri. Yan karotaj zondlaması. Yan karotaj. Fokuslaşlanmış cərəyanla elektrik üsulları. Quyuların geofiziki tədqiqinin elektromaqnit üsulları. Elektrik karotajının geoloji məsələləri və tətbiq olunan sahələr.

    Akustik xassələri müəyyən edən amillər. Əks olunan dalğalarla akustik üsullar. Tədqiqatların aparılması və nəticələrin interpretasiyası.