Namizədlik


Jetıbay yatağında neftçıxarmanın intensivləşdirilməsinin yeni üsullarının işlənməsi və tətbiqi

Tuleşeva Qulnara Dyusenovna

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı


Müasir inkişaf mərhələsində Qazaxıstanın neft və qazçıxarma sahəsinin əsas məsələləri yataqların istismar effektivliyinin yüksəldilməsi, karbohidrogenlərin hasilat səviyyəsinin stabilliyinin əldə edilməsi və son neftvermə əmsalının artırılmasıdır.

Dissertasiya işində laya karboksilmetilsellyuloz (KMS) əlavə etməklə natrium silikatın sulu məhlulunun vurulmasını ehtiva edən neft yatağının işlənməsi üsulu təklif edilmişdir. Bu halda su məhlulunda natrium silikatın və KMS-nin konsentrasiyasını layın bu dərinliyində temperaturdan və geləmələgəlmə üçün lazım olan vaxtdan asılı olaraq tənzimləyirlər. Eksperimental tədqiqatların nəticələrinə görə təyin edilmişdir ki, bu üsul yüksək keçiricilikli zonaların izolyasiyası və layın təsirlə əhatəsinin artması hesabına son neftsıxışdırma əmsalını 19,7 %-ə qədər artırmağa imkan verir.

Tədqiqatların nəticələrinə əsasən, əlavə olaraq tərkibində süd zərdabı olan natrium silikatın sulu məhlulunun vurulmasını ehtiva edən quyuda su axınlarının izolyasiyası üsulu işlənmişdir. Bu halda natrium silikatın və süd zərdabının konsentrasiyasını layın dərinliyində izolyasiya üçün lazım olan temperaturdan asılı olaraq tənzimləyirlər. Əgər lay mühiti cod olarsa, geləmələgətirici tərkibdən əvvəl şirin və ya yumşaldılmış su vururlar.

Su axınlarının natrium bikarbonatın sulu məhlulundan və köpükəmələgətirici SAM-dan ibarət olan köpükəmələgətirici sistemlə ilkin izolyasiyası qeyri-bircins layın turşu ilə emalı üsulu işlənmişdir. Laya turşu məhlulunun vurulmasından əvvəl üzvi turşu vururlar, bu halda turşu məhlulu kimi ammonium biflüorid, inhibitorlaşmış xlorid, üzvi turşular və su qarışığından istifadə edirlər.

Təklif edilmiş su axınlarının köpüklü məhlulla ilkin izolyasiyası ilə turşu emalı texnologiyası Jetıbay yatağının iki 1299 və 1410 №-li vurucu quyusunda sınaqdan keçirilmişdir. Mədən sınaqları nəticəsində quyuların qəbuletmə qabiliyyəti əhəmiyyətli dərəcədə artdı, həmçinin neftin debiti artdı və təsir altında olan quyular üzrə məhsulun sulaşması azaldı. Beləliklə, 6 ay ərzində 9 təsir altında olan quyu üzrə əlavə olaraq 1654 ton neft alınmışdır.