Seminarlar


«Pont-Xəzərin qalxma və enmələri, buzlaşma və antik dəniz səyyahları» mövzusunda seminar



26 oktyabr 2011-ci il tarixində AMEA Geologiya İnstitutunun akt zalında «Pont-Xəzərin qalxma və enmələri, buzlaşma və antik dəniz səyyahları» mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.
 
 
Məruzəçi: Ronnie Gallagher (Əbu-Dabi, AMEC International şirkətinin məsləhətçisi)
 
 
Azərbaycanın landşaftına xas olan dəniz səviyyəsindən 225 m yüksəklikdə yerləşən son buzlaşma dövrünün sahil xətləri və terrasları geniş miqyaslı daşqınlardan xəbər verir.

 
Geomorfoloji və bioloji amillər, həmçinin daş abidələr Rusiyanın iri çaylarının istiqamətinin dəyişməsini, buzlaqların əriməsini və şimali Avrasiyanın Arktik Okean suları ilə basılmasını göstərir. Bu isə Xəzər dənizinin güclü qalxmasına səbəb olmuşdur. Bu proseslər regional miqyasda mühitə, biocoğrafiyaya və insan demoqrafiyasına böyük təsir etmişdir. Bu da uzun minilliklər ərzində kontinentdaxili naviqasiyanın keçirilməsinə imkan yaratmışdır.

 
Subasma və su yollarının yox olması ehtimalı - qədim insanın həyat tərzinin formalaşmasında və onun həyatında mühüm rol oynamışdır.

 
Professional elmi tədqiqatlar tələb edən bu problem və onun tətbiqinin əhəmiyyəti çox vacibdir və müasir elmi tədqiqatlarının bir neçə istiqamətlər üzrə aparılmasını tələb edir.