Xəbərlər


DOKTORANTLARIN VƏ DİSSERTANTLARIN ATTESTASİYASI KEÇİRİLİB

 
06 noyabr 2020-ci il

Geologiya və Geofizika İnstitutu doktoranlarının və dissertantlarının attestasiyası keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə baş tutmuş tədbirdə fəlsəfə doktorluğu üzrə hazırlıq keçən 5 doktorant, elmlər doktoru üzrə hazırlıq keçən 8 dissertant və fəlsəfə doktorluğu üzrə hazırlıq keçən 13 dissertant attestasiya olunub.

Attestasiya komissiyası doktorant və dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, minimum imtahanların verilməsi, məqalələrin yerli, xarici və impakt faktorlu nəşrlərdə dərci ilə bağlı sorğu keçirib. Həmçinin dissertasiya işlərinin gedişatında böyük əhəmiyyət kəsb edən çöl işlərində iştirak haqqında da müsahibə aparılıb. Komissiya attestasiya olunanlarla söhbət zamanı işin gedişatında rast gəlinən bəzi çətinliklər və problemlər aşkar edib və bunların aradan qaldırılması üçün müəssisənin rəhbərliyi tərəfindən lazım olan hər cür dəstəyin olacağını diqqətə çatdırıb.