Xəbərlər


GGİ-də MÜLKİ MÜDAFİƏ QÜVVƏLƏRİNİN XƏBƏRDARLIQ VƏ TOPLANIŞ MƏŞQİ


17 oktyabr 2019-cu il

Geologiya və Geofizika İnstitutunda (GGİ) Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.

Tədbirdə GGİ Mülkü Müdaifə Qərargahının rəisi Oqtay Fərzəliyev toplantının 2019-cu tədris ili üçün mülki müdafiə tədbirləri planına əsasən keçirildiyini, məşqən məqsədin xəbərdarlıq sistemi vəziyyətinin yoxlanılması və MM qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanmasından ibarət olduğunu qeyd edib.

O. Fərzəliyevin verdiyi məlumata görə, hazırlıq mərhələsində məşqin təşkili və keçirilməsi haqqında obyekt rəhbərinin əmri verilib, məşqin keçirilmə planı tərtib olunub, MM qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilib, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilib və məşqin keçirilməsi ilə bağlı digər təşkilati tədbirlər görülüb.

MM-in qərargah rəisi əməkdaşlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, həmçinin bu cür hadisələrdə özünü idarə etmək, başqalarına yardımçı olmağı və digər zəruri hallar barədə ətraflı məlumat verib. O həmçinin ötən illərdə baş vermiş təbii və texnogen fəlakətlərin və bu hadisələrdə insan itkisi, zərər çəkənlərin və başqa neqativ faktların səbəblərini xatırladıb.

Sonda zəlzələ, yanğın, torpaq sürüşməsi və başqa fövqəladə hallar zamanı riayət olunmalı təhlükəsizlik qaydalarını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]