Xəbərlər


AMEA NƏZDİNDƏ RSXM BADAMDAR ŞOSSESİNƏ MOBİL SEYSMİK STANSİYALAR QURAŞDIRIB


16 oktyabr, 2018-ci il

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları Badamdar - 20-ci sahə şossesində baş vermiş sürüşmə ilə bağlı ərazidə tədqiqatları davam etdirirlər.

Hazırda mərkəzin əməkdaşları hadisə yerində seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyaların quraşdırılması isə sona çatdırılıb.

Aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi təhlildən sonra ərazidəki vəziyyətə dair hesabat hökümətə təqdim ediləcək.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]