Xəbərlər


RUSİYALI ALİMLƏR GGİ-DƏ OLUBLAR


27 sentyabr 2018-ci il

Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və bu Universitetin prorektoru Vaqif Kərimov AMEA Geologiya və Geofizika İnstitunda qonaq olublar.

Qonaqları qəbul edən GGi-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov İnstitutun yaranma tarixindən, fəaliyyət sahələrindən, elm sahəsində qazanılmış nailiyyətlərdən, alimlərin maraqlı tədqiqatları barədə məlumat verib. GGİ-də yaradılmış iş şəraitindən və AMEA rəhbərliyinin əməkdaşlara göstərdiyi diqqət və qayğıdan danışan D.Hüseynov son illərdə İnstitut alimlərinin səyi ilə çap edilmiş elmi kitabları qonaqlara təqdim edib.

Sonra qonaqların GGİ-nin şöbə və elmi laboratoriyalarında aparılan təqdiqat işləri ilə tanışlığı başlayıb. Şöbələrin məhsuldar fəaliyyətini yüksək qiymətləndirən qonaqlar azərbaycanlı alimləri Moskvaya Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinə mühazirə oxumağa və təcrübə mübadiləsinə dəvət ediblər.

GGİ ilə tanışlıqdan sonra rusiyalı alimlərlə elm sahəsində fikir mübadiləsi keçirilib və qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.





GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]