Xəbərlər


GGİ-DƏ HƏRBİLƏŞDİRİLMƏMİŞ MÜLKİ MÜDAFİƏ DƏSTƏLƏRİ İLƏ XƏBƏRDARLIQ VƏ TOPLANIŞ MƏŞQİ KEÇİRİLİB


17 may, 2018

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirilib. Tədbiri İnstitutun mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev açaraq məşqin keçirilməsinin əhəmiyyətindən, xəbərdarlıq sistemi vəziyyətinin yoxlanılması, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması ıistiqamətində görülməli işlərdən məlumat verib.

O.Fərzəliyev fövqəladə hadisə zamanı “Toplanış” xəbərdarlıq siqnalını aldıqda hərbiləşdirilməmiş dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqları təkmilləşdirərək hazır vəziyyətə gətirilməsini öyrənməklərini və bununla bağlı İnstitut əməkdaşlarının məlumatlı olmalarının vacibliyindən söz açıb. Məşq prosesi ölkəmizdə texnogen və təbii səbəblərdən baş vermis hadisələrə dair videomaterialların nümayişi ilə müşayiət olunub.

Məşq prosesi iştirakçılar tərəfindən maraqla izlənilib.









AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

[email protected]