Xəbərlər


NAXÇIVANIN ZƏNGİN YERALTI FİLİZ SƏRVƏTLƏRİNİN ÖYRƏNİLMƏSİNƏ HƏSR OLUNMUŞ MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

 
12 may 2017-ci il

“Naxçıvan Muxtar Respublikasının endogen yataqlarının metasomatizmi və filizləşməsi” adlı monoqrafiya işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İntitutunun Metasomatizm və filizəmələgəlmə sektorunun rəhbəri və baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Faydalı qazıntıların geologiyası kafe-drasının professoru Cəbrayıl Azadəliyevin və mərhum Fuad Kərimovun həmmüəllifliyi ilə rus dilində yazılmış irihəcmli kitabda elmi cəhətdən böyük maraq kəsb edən regional və kontakt-termal metamorfizm məsələləri uzun illər ərzində geniş dədqiq edilərək sistemləşdirilmişdir. Zəngin filizliliyə malik metaso-matitlərin (skarnlar, törəmə kvarsitlər, qreyzenlər, propilitlər, argillizitlər və digər metasomatitlər) və endogen polimetal, mis-molibden-porfir, qızıl, qızılsaxlayan çoxsaylı yataqlar, mis-molibden-volfram-qalay və başqa filizləşmələrin xarakter xüsusiyyətlərini əks etdirən birinci dərəcəli məsələlər qabardılmışdır. Qazanılmış elmi nailiyyətlər və tətbiqi xarakterli qiymətli nəticələr mükəmməl qaydada sis-temləşdirilmiş, elm və istehsalat üçün qızıl, gümüş kimi nəcib metallara və digər qiymətli faydalı qazıntılara dair səmərəli təkliflər irəli sürülmüşdür.

Naxçıvanın müxtəlif struktur-formasion zonalarında müxtəlif profilli qızılsaxlayan və qismən gümüş-qızılsaxlayan çoxsaylı filiz kütlələrinə regionun bir sıra yataqlarında (Gümüşlü, Ağdərə, Nəsirvaz-Gülümgülüm, Qovurmadərə, Kvanus, Başkənd-Ortakənd, Ketam, Kilit, Qızılçınqıllı, Gənzə, Başyurd, Parağa-çay, Qapıcıq, Munundərə, Mədəndərəsi və ya Toxlugədik, Yaşıllıq, Şəlalə, Alçalıq, Göyhünr, Diaxçay, Sərkidağ, Fəhlədərə, Göy¬dağ, Misdağ, Qöygöl və s. və s.) rast gəlinir.

Naxçıvanda geniş intişar tapmış müxtəlif filizdaşıyan metasomatik forma-siyalarda Cu, Mo, Pb-Zn, Au, Sb, Hg, As, Sb, Al, Fe, Co, Ni, W, Sn və s. qiymətli metalların filizləri yerləşmişdir. Filizdaşıyan metasomatitlərin əmələgəlmə şəraitləri, spesifik tipomorf xüsusiyyətləri, metasomtik zonallıq hadisələri, onların maddi-mineraloji tərkiblərinə dair dəlillərin və bu kimi bir sıra aktual aspektlərinin öyrənilməsi elmi-nəzəri məsələlərin həllində, xusuilə gizli filizlərin birbaşa axtarışında və proqnozunda müstəsna əhəmiyyət kəsb edir.

Monoqrafiya metasomatizm və filizəmələgəlmə, genetik mineralogiya, geo-kimya və endogen filiz yataqlarının genezisi sahəsində çalışan alimlər və is-tehsalatda çalışan geoloqlar, universitet tələbələri və magistlər, doktorontlar və dissertantlar üçün ədəbiyyat mənbəyidir.

“Elm” nəşriyyatında çap olunmuş monoqrafiyanın baş redaktoru akademik Vasif Babazadədir. Nəşrə Ekologiya və Təbii Sərvətlr Nazirliyinin Milli Geoloji-Kəşfiyat Xidməti və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlr Nazirliyinin Ge-oloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən müsbət rəy verilmişdir.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]