Xəbərlər


AMEA GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA HƏRBİLƏŞDİRİLMƏMİŞ MÜLKİ MÜDAFİƏ DƏSTƏLƏRİ İLƏ XƏBƏRDARLIQ “TOPLANIŞ” MƏŞQİ KEÇİRİB


AMEA Geologiya və Geofizika İnstitutunda 21 aprel 2016 –cı il tarixində hərbiləşdirilməmiş Mülki müdafiə dəstələri ilə xəbərdarlıq “Toplanış” məşqi keçirilib.

İnstitutun mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev iclası açaraq məşqin keçirilməsinin əhəmiyyətindən, xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, eləcə də məşq zamanı ortaya çıxa biləcək çatışmazlıqların aradan qaldırılması istiqamətində görüləcək işlərdən danışıb.

Sonra natiq, Fövqəladə hadisə zamanı xəbərdarlıq “Toplanış” siqnalını aldıqda  hərbiləşdirilmə¬miş  dəstələrin şəxsi heyətinin davranış qaydaları təcrübəsini artırmaq, bacarıqlarını təkmilləş¬dirmək və hazır vəziyyətə gətirilməsini öyrənməklərini və  bununla əlaqədar İnstitut əməkdaşlarının məlumatlı olmalarının vacibliyindən söhbət açıb.

Məşq zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.