Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “GEOMEXANİKA” SEMİNARI KEÇİRİLƏCƏK


2016-cı il yanvar ayının 28 saat 1500-da Geologiya və Geofizika İnstitutunun akt zalında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçiriləcəkdir. 

Seminarın mövzusu: “Yerin kompozit kürәsinin mәxsusi rәqslәrinin yeni tәdqiqatları haqqında”. Məruzəçi AMEA-nın müxbir üzvü S.C. Əkbərov.

SeminaraGeomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” elmi-tədqiqat işinin bütün iştirakçıları və digər maraqlananlar dəvət olunur.