Xəbərlər


MÜLKİ MÜDAFİƏ TƏDBİRİ KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ)“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasınnın təşkili” mövzusunda məşq keçirilib. İnstitutun rəhbər heyəti üçün təşkil olunmuş tədbiri qurumun mülki müdafiə rəhbərinin maddi-texniki təminat üzrə müavini Nazim Sadıqov açıb. O, bildirib ki, məşqin keçirilməsində məqsəd kollektivin təhlükəsizliyini vəfövqəladə hadisə zamanı düzgün müdafiə olunmasını təmin etməkdir.

Sonra, elmi müəssisənin mülki müdafiə qərargahının rəisi Oqtay Fərzəliyev çıxış edərək təbii və texnogen səbəblərdən baş verən fövqəladə hadisələr və onlarla mübarizə imkanlarından danışıb.Qurumun rəhbər vəzifədə çalışan üzvlərininbu  sahədəkifunksiyaları, o cümlədən xilasetmə və təxliyyə işlərinin həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.Tədbir iştirakçıları fövqəladə hallar zamanı rəhbər heyətin kollektivlə qarşılıqlı fəaliyyəti barədə də məlumatlandırılıblar.Məşq zamanımülki müdafiə tədbirlərini özündə əks etdirən plan da dəqiqləşdirilib.

Sonda mövzuya dair təlimat xarakterli videomateriallar nümayiş etdirilib.