Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILMIŞDIR


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümü qeyd edildi. İnstitutun Gənc Alimlər Şurası tərəfindən təşkil olunmuş tədbirdə qanlı faciənin tarixini əks etdirən çıxışlar, o cümlədən tarixi faktlar, şeirlər söylənilmişdir. Tədbirdə dəhşətli faciədən videolar da nümayiş etdirilmişdir.