Ana Səhifə / Fəaliyyət / Buzaçi tağı yura və təbaşir komplekslərinin çöküntütoplanma şəraiti və neftqazlılığı

Avtoreferatlar

Buzaçi tağı yura və təbaşir komplekslərinin çöküntütoplanma şəraiti və neftqazlılığı

İddiaçı: Aynur Bolatbayevna Karamurzayeva

İxtisas: 2521.01  – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Elmi sahə: Yer elmləri

 

Möv­zu­nun ak­tu­al­lı­ğı və işlənmə dərəcəsi:

Təq­dim olu­nan mə­lu­ma­ta əsa­sən Şi­ma­li-Qaf­qaz-Man­qış­laq əya­lə­ti­nin Qa­za­xıs­tan his­sə­sin­də 40-dan çox neft-qaz ya­taq­la­rı möv­cud­dur. Bu ya­taq­la­rın ço­xu (Ka­ra­jan­bas, Şi­ma­li Bu­za­çı, Ka­lam­kas, Jal­qız­tu­ba və s.) Bu­za­çı ta­ğı ilə əla­qə­li­dir. Bu əra­zi­də neft və qaz ya­taq­la­rı ge­niş stra­tiq­ra­fik dia­pa­zon­da-Tri­as­dan Tə­ba­şir çö­kün­tü­lə­ri­nə qə­dər ya­yıl­mış­dır. Seys­mo­kəş­fiy­yat əsa­sın­da neft­qaz struk­tur­la­rı­nın kəşf olun­ma­sı, həm­çi­nin əmə­lə­gəl­mə­lə­rin möv­cud ol­ma­sı və iş­lən­miş ya­taq­la­rın tü­kən­mə­si Bu­za­çı ta­ğı­nın Me­zo­zoy çö­kün­tü­lə­rin­də ax­ta­rış kəş­fiy­yat iş­lə­ri­nin da­vam et­di­ril­mə­si­nin va­cib ol­du­ğu­nu gös­tə­rir.


Stra­tiq­ra­fik komp­lek­sin pers­pek­tiv­li­yi­nin qiy­mət­lən­di­ril­mə­sin­də əsas as­pekt­lər­dən bi­ri çök­mə sü­xur­la­rın top­lan­ma şə­rai­ti­nin təd­qi­qi­dir. Fa­si­yal kont­rol ana neft qa­tı, kol­lek­tor və ör­tük­lə­rin for­ma­laş­ma­sın­da mü­hüm əhə­miy­yə­tə ma­lik­dir. Yu­ra-Tə­ba­şir sə­viy­yə­sin­də mən­bə və kol­lek­tor­la­rın for­ma­laş­ma­sı üçün əl­ve­riş­li fa­si­ya­nın mü­əy­yən olun­ma­sı məq­sə­di­lə Bu­za­çı ta­ğı çö­kün­tü­lə­ri­nin top­lan­ma şə­rai­ti­nin təd­qi­qat­la­rı apa­rıl­ma­mış­dır. Bu təd­qi­qat çö­kün­tü­lə­rin ge­ne­ra­si­ya po­ten­sia­lı və pet­ro­fi­zi­ki xü­su­siy­yət­lə­ri­nin öy­rə­nil­mə­si ilə ya­na­şı Bu­za­çı ta­ğı Yu­ra-Tə­ba­şir çö­kün­tü­lə­ri­nin pers­pek­tiv­li­yi­nə əsa­sən sı­ra­lan­ma­sı­nı hə­ya­ta ke­çir­mə­yə im­kan ve­rə­cək.


Tədqiqatın obyekti və predmeti

Təd­qi­qat ob­yek­ti Man­gis­tau neft-qaz böl­gə­si­nin Bu­za­çı ta­ğı­nın Yu­ra-Ta­ba­şir döv­rü komp­lek­si­dir. Təd­qi­qa­tın pred­me­ti mən­bə sü­xur­la­rın və lay sü­xur­la­rı­nın mü­rək­kəb geo­lo­ji və geo­kim­yə­vi xü­su­siy­yət­lə­ri əsa­sın­da Bu­za­çi ta­ğı­nın yu­ra-ta­ba­şir çö­kün­tü­lə­ri­nin neft-qaz po­ten­sia­lı­nın qiy­mət­lən­di­ril­mə­si­dir.


Təd­qi­qa­tın məqsəd və vəzifələri:  

Bu­­za­­çı ta­­ğın­­da ana neft və kol­­lek­­tor sü­­xur­­la­­rın komp­­leks fa­­si­­yal, pet­­ro­­fi­­zi­­ki, ge­o­­kim­­yə­­vi ana­­liz və höv­­zə­­nin mo­­del­­ləş­­di­­ril­­mə­­si nə­­ti­­cə­­lə­­ri­­nə əsa­­sən ye­ni neft və qaz ya­taq­la­rı­nın pres­pek­tiv is­ti­qa­mət­lə­ri­nin mü­əy­yən olun­ma­sı və əsas­lan­dı­rıl­ma­sı.


Aşağıdakı vəzifələr qoyulur:

  • Əsas neft­qaz komp­leks­lə­ri­nin fa­si­yal ana­li­zi, sü­xur-kol­lek­tor­la­rın for­ma­laş­ma­sın­da fa­si­yal kont­ro­lun mü­əy­yən olun­ma­sı;
  • Yu­ra-Tə­ba­şir çö­kün­tü­lə­ri­nin kol­lek­tor xü­su­siy­yət­lə­ri­nin ana­li­zi;
  • Pi­ro­li­tik təd­qi­qat­lar və pa­le­ol­geo­lo­ji ana­li­zin mə­lu­mat­la­rı­na əsa­sən Yu­ra-Tə­ba­şir çö­kün­tü­lə­ri­nin ge­na­ra­si­ya po­ten­sia­lı­nın ana­li­zi;
  • Apa­rıl­mış mən­bə, re­zer­vu­ar sü­xur təd­qi­qat­la­rı, təd­qi­qat ra­yo­nu­nun tek­to­nik qu­ru­lu­şu əsa­sın­da Me­zo­zoy neft sis­te­mi­nin qiy­mət­lən­di­ril­mə­si;
  • Yu­ra-Tə­ba­şir çö­kün­tü­lə­ri­nin pres­pek­tiv­lik də­rə­cə­si­nə əsa­sən əra­zi­nin böl­gü­sü;
  • Neft və qaz ya­taq­la­rı ax­ta­rış iş­lə­ri­nin qu­rul­ma­sı məq­sə­di­lə pres­pek­tiv əra­zi­lə­rin mü­əy­yən olun­ma­sı.


Tədqiqat metodları:
 

Qarşıya qoyulan məqsədlər böyük həcmdə analtik, geoloji və geofiziki materialların (geoloji profillər, struktur xəritələr, buzaçı dislokasiya zonası və yaxın struktur elementlərin tektonik quruluş xəritələri, pirolitik tədqiqatların nəticələri, tədqiqat rayonunun mezo­zoy kompleksinin tutum-filtrasiya və ekran xüsusiyyətlərinin məlu­mat­ları) istifadəsi əsasında həll olunmuşdur.


Mu­da­fiə olu­nan müd­dəa­lar:

Bu­za­çı dis­lo­ka­si­ya sis­te­mi­nin ya­taq­la­rı üçün əsas neft­qaz­ge­ne­ra­si­ya komp­lek­si üst Tri­as çö­kün­tü­lə­ri­dir. Alt Yu­ra çö­kün­tü­lə­ri sü­xur-mən­bə qis­min­də ası­lı möv­qe­yə (əhə­miy­yə­tə) ma­lik­dir.


KH ge­ne­ra­si­ya ocaq­la­rı  Bu­za­çı dis­lo­ka­si­ya sis­te­min­də və Şi­ma­li Ust­yur çö­kək­li­yi­nin qərb his­sə­sin­də yer­lə­şir. Xə­zər­ya­nı si­nek­li­zin cə­nub his­sə­si təd­qi­qat ra­yo­nu üçün kar­bo­hid­ro­gen­lə­rin "mət­bə­xi" qis­min­də əhə­miy­yət­li ro­la ma­lik de­yil­dir.


Bu­za­çı dis­lo­ka­si­ya sis­te­min­də bir ne­çə pers­pek­tiv, an­tik­li­nal və tek­to­nik ek­ran­laş­mış neft və qaz ya­taq­la­rı yer­lə­şir.


Tədqiqatın elmi yeniliyi:

  • Təd­qi­qat ra­yo­nu neft sis­te­mi­nin komp­leks qiy­mət­lən­di­ril­mə­si əsa­sın­da Bu­za­çı ta­ğı və ya­xın tek­to­nik ele­ment­lə­rin Yu­ra-Tə­ba­şir neft­qaz­lı­lıq pres­pek­ti­vi­nin qiy­mət­lən­di­ril­mə­si;
  • Fa­si­yal və geo­kim­yə­vi ana­liz əsa­sın­da me­zo­zoy çö­kün­tü­lə­ri­nin ge­ne­ra­si­ya po­ten­sia­lı­nın qiy­mət­lən­di­ril­mə­si;
  • neft­qaz ge­ne­ra­si­ya ocaq­la­rı­nın mü­əy­yən olun­ma­sı və flü­id­lə­rin fa­za tər­ki­bi­nin proq­no­zu;
  • sü­xur-ko­ol­ke­tor­la­rın top­lan­ma­sı üçün əl­ve­riş­li fa­si­ya­nın mü­əy­yən olun­ma­sı;
  • Bu­za­çı ta­ğın­da tek­to­nik ek­ran­laş­mış tə­lə­lə­rin proq­no­zu;
  • Me­zo­zoy komp­lek­si­nin pers­pek­tiv­lik də­rə­cə­si­nə əsa­sən Bu­za­çı əra­zi­si­nin qiy­mət­lən­di­ril­mə­si.


Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti:     

İşin nəzəri əhəmiyyəti Buzaçı tağının neft tərkibinin qiymətlən­di­rilməsinə kompleks yanaşmanın həyata keçirilməsin­dədir. Disser­ta­siya işinin praktiki əhəmiyyəti Buzaçi tağının və ona bitişik iri tektonik strukturların tədqiqi ilə bağlıdır ki, bu da Yura-Tabaşir çö­kün­tülərində perspektiv neft və qaz yataqlarının axtarışı üçün tövsi­yələr verməyə imkan verdi.

 

Avtoreferatı yüklə