Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 May 2022 Diqər xəbərlər Diqər xəbərlər

PALÇIQ VULKANİZMİ VƏ KARBOHİDROGEN SİSTEMLƏRİNƏ AİD YENİ KİTAB ÇAP EDİLİB


11 may 2022-ci il

AMEA Neft və Qaz İnstitutu “Neft və qaz geofizika” şöbəsinin müdiri g.-m.e.d. Namaz Yusubov və AMEA-nın vitse prezidenti akademik İbrahim Quliyevin müəllifliyilə “Грязевой вулканизм и углеводородные системы Южно-Каспийской впадины” (“Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və karbohidrogen sistemləri”) adlı kitabı çapdan çıxıb.

Kitabda Cənubi Xəzər, ona bitişik Aşağı Kür və Qobustan-Abşeron çökəkliklərində palçıq vulkanizminin yaranma mexanizmi haqqında yeni fikir əsaslandırııb. Adları çəkilən neftli-qazlı çökəkliklərdə istismarda olan yataqların yaranmasında palşıq vulkanizminin əsas pol oynaması haqqında irəli sürülən iddia real geoloji-seysmik məlumatların interpretasiyası əsasında müdafiə edilir.

Yeni nəşr neft-qaz geologiyası və geofizikası üzrə tədqiqatlarla məşğul olan mütəxəssislər üçün dəyərli məlumat mənbəyi ola bilər.