Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTU NASCO29 RESPUBLİKA ELMİ KONFRANSINDA TƏMSİL OLUNUB.
30–31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilib.
Konfransın açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış ediblər. Çıxışlarda elmin inkişafı, innovativ yanaşmaların tətbiqi, elmi tədqiqatların iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsi, məsələləri diqqət mərkəzində olub.
Geologiya İnstitutunu konfransda Geokologiya laboratoriya müdiri, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazərin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Heyətin tərkibində Yer elmləri üzrə fəlsəfə doktoru Samir Zeynalov, kiçik elmi işçilər Tural Babayev və Göyçək Məmmədova, mühəndis Azad Azadzadə yer alıblar.
İnstitut əməkdaşlarının belə bir elmi platformada iştirakı müəssisənin tədqiqat potensialının təqdim edilməsi, müxtəlif elmi istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılması və akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu cür tədbirlər elmi yanaşmaların qarşılıqlı müzakirəsinə, yeni tədqiqat ideyalarının formalaşmasına və elmi əlaqələrin inkişafına əlverişli zəmin yaradır.
Geologiya İnstitutunun bu konfransda təmsil olunması elmi əməkdaşlığın inkişafına, tədqiqat nəticələrinin elmi ictimaiyyətə çatdırılmasına və ölkədə formalaşan vahid elmi mühitə töhfə vermək baxımından əhəmiyyətlidir.