Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Oct 2026 Diqər xəbərlər Diqər xəbərlər

ÇİNGİZ XƏLİFƏZADƏ GEOLOGİYA İNSTİTUTUNDA QONAQ OLUB.

Bu gün görkəmli geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Əməkdar geoloq Çingiz Xəlifəzadə Geologiya İnstitutuna dəvət olunub. İnstitutun rəhbəri Elçin Vəliyevlə keçirilən görüşdə alimin geologiya elminin inkişafına verdiyi töhfələr, zəngin elmi-pedaqoji təcrübəsi və Azərbaycan geologiya məktəbinin ənənələrinin qorunmasının əhəmiyyəti diqqət mərkəzində olub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir”.


Bu dəyərli ənənənin yaşadılması, nüfuzlu alimlərin elmi xidmətlərinə ehtiram göstərilməsi və onların zəngin təcrübəsinin gələcək nəsillərə ötürülməsi mühüm amillərdəndir.


Görüşdə Elçin Vəliyev ağsaqqal alimlərə ehtiramın, onların elmi fəaliyyətinin və xidmətlərinin yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb: “ Biz Geologiya İnstitutunda alimlərimizə, onların zəngin elmi təcrübəsinə və geologiya elminə verdikləri töhfələrə xüsusi ehtiramla yanaşırıq. Çingiz müəllim kimi görkəmli alimlərin elmi fəaliyyəti, bilik və təcrübəsi bizim üçün böyük dəyər daşıyır. Onların əməyini qiymətləndirmək, təcrübəsindən bəhrələnmək və elmi ənənələrimizi davam etdirmək bizim üçün həm mənəvi dəyər, həm də məsuliyyətdir”.


Görüşdə Geologiya İnstitutunun əməkdaşları və gənc alimləri də iştirak ediblər. Bu baxımdan, Çingiz Xəlifəzadə ilə bir araya gəlmək, onun elmi təcrübəsi ilə tanış olmaq və xatirə fotosu çəkdirmək əməkdaşlar və gənc alimlər üçün qürurverici an olmaqla yanaşı, yaddaşlarında və gələcək elmi fəaliyyətlərində iz qoyacaq əlamətdar hadisədir.


Görüş elmi irsə ehtiramın, nəsillər arasında elmi-mənəvi varisliyin və geologiya elminin inkişafında alimlərin xidmətlərinin dəyərləndirilməsinin əhəmiyyətini bir daha önə çıxarıb.

ÇİNGİZ XƏLİFƏZADƏ GEOLOGİYA İNSTİTUTUNDA QONAQ OLUB.
ÇİNGİZ XƏLİFƏZADƏ GEOLOGİYA İNSTİTUTUNDA QONAQ OLUB.
ÇİNGİZ XƏLİFƏZADƏ GEOLOGİYA İNSTİTUTUNDA QONAQ OLUB.
ÇİNGİZ XƏLİFƏZADƏ GEOLOGİYA İNSTİTUTUNDA QONAQ OLUB.
next
next