Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 Oct 2026 Diqər xəbərlər Diqər xəbərlər

ŞƏHİD MAYOR XƏYAL MƏMMƏDOVUN HƏYAT VƏ DÖYÜŞ YOLUNA HƏSR OLUNMUŞ KİTAB TƏQDİM EDİLİB

20 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Məmmədov Xəyal Ağabəy oğlunun həyat və döyüş yoluna həsr edilən “Vətənin Xəyalı” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Geologiya İnstitutunun rəhbəri Elçin Vəliyev və İnstitutun əməkdaşları, Milli Məclisin deputatı Vüqar İskəndərov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, eləcə də şəhidin ailə üzvləri, doğmaları, silahdaşları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin, o cümlədən mayor Xəyal Məmmədovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təqdimat mərasimi yazıçı-publisist Manya Səxavətqızının açılış nitqi ilə başlayıb.Şəhidin ailə üzvləri çıxış edərək Xəyal Məmmədovla bağlı xatirələrini bölüşüb, onun şəxsiyyəti, həyat yolu və Vətənə bağlılığı haqqında fikirlərini ifadə ediblər.

“Vətənin Xəyalı” kitabı şəhid mayor Xəyal Məmmədovun həyat və döyüş yolunun işıqlandırılması, onun Vətənə sədaqətinin və qəhrəmanlığının yaşadılması baxımından əhəmiyyətli nəşrdir. Bu cür əsərlər Azərbaycanın Zəfər tarixinin ayrılmaz hissəsi olan qəhrəmanlarımızın xatirəsinin qorunmasına və onların fədakarlığının gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Tədbirin sonunda iştirakçılara kitab hədiyyə olunub və xatirə fotosu çəkdirilib.

Geologiya İnstitututun rəhbərliyi tədbirə dəvətə görə təşkilatçılara təşəkkürünü bildirir.

Geologiya İnstitutu şəhidlərimizin əziz xatirəsinin yaşadılmasını, onların qəhrəmanlıq irsinin təbliğini və milli-mənəvi dəyərlərin qorunmasını mühüm ictimai məsuliyyət kimi dəyərləndirir.

next
next