Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNDA DİSSERTASİYA İŞİNİN MÜZAKİRƏSİ KEÇİRİLİB.
Böyük Qafqazın cənub yamacının müasir geodinamikası araşdırılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun elmi işçisi Fuad Abuzər oğlu Əliyevin “Böyük Qafqazın cənub yamacı seysmoaktiv zonasının tektono-geodinamik modeli (Azərbaycan daxilində)” mövzusunda dissertasiya işi elmi ictimaiyyətin diqqətinə təqdim olunub.
Tədqiqat işi Bakı Dövlət Universitetinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, yer elmləri üzrə fəlsəfə doktoru Ş.R. Balammədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş elmi işçisi, yer elmləri doktoru B.S. Aslanov tərəfindən rəyləndirilib.
Dissertasiya Böyük Qafqazın cənub yamacında seysmik aktivliyin tektonik quruluş və geodinamik proseslərlə əlaqəsinin öyrənilməsinə həsr olunub. Tədqiqat zamanı regionun geoloji və geofiziki xüsusiyyətləri, seysmik ocaqların paylanması, dərinlik göstəriciləri və tektonik qırılmalarla qarşılıqlı əlaqəsi araşdırılıb.
Rəylərdə tədqiqatın aktuallığı, istifadə olunan metodoloji yanaşmalar, materialların təhlili və nəticələrin elmi əhəmiyyəti müsbət qiymətləndirilib. Bununla yanaşı, mətnin tərtibatı və bəzi struktur məsələləri ilə bağlı qeydlər irəli sürülüb. Qeyd olunan tövsiyələr işin elmi məzmununu daha da təkmilləşdirməyə yönəlib.
Tədqiqatın nəticələri Böyük Qafqazın cənub yamacında seysmik proseslərin xüsusiyyətlərinin daha dərindən öyrənilməsi və regionda seysmik təhlükənin qiymətləndirilməsi istiqamətində aparılan elmi araşdırmalar baxımından əhəmiyyət daşıyır.