Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 Oct 2026 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞI QƏBƏLƏ–XANKƏNDİ III BEYNƏLXALQ ULTRAMARAFONUNDA İŞTİRAK EDİB.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ–Xankəndi III Beynəlxalq ultramarafonuna yekun vurulub.

Yarışda 6 ölkədən 97 atlet iştirak edib. Dörd mərhələdən ibarət olan yarış iştirakçılardan yüksək fiziki hazırlıq, dözümlülük və əzmkarlıq tələb edib. Marşrut Qəbələ, Ağdaş, Bərdə, Ağdam və Xankəndi şəhərlərini əhatə edib.

Geologiya İnstitutunun Məxfi rejim və səfərbərlik sektorunun mütəxəssisi İlahə Vəliyeva Nizami qızı yarışın ilk iki mərhələsində iştirak edərək Qəbələ–Ağdaş marşrutu üzrə 52,5 kilometr, Ağdaş–Bərdə marşrutu üzrə isə 63,5 kilometr məsafə qət edib. Beləliklə, o, ultramarafonun ilk iki mərhələsində ümumilikdə 116 kilometr məsafə qət edib.

Yarışın üçüncü mərhələsi Bərdə–Ağdam marşrutu üzrə 46,8 kilometr, sonuncu mərhələsi isə Ağdam–Xankəndi istiqamətində 29,2 kilometr məsafəni əhatə edib. İlahə Vəliyeva aldığı zədələr səbəbindən son iki mərhələdə iştirakını davam etdirə bilməyib.

İlahə Vəliyeva ultramarafonda göstərdiyi əzmkarlığa və iştirakına görə iki medala layiq görülüb. Həmçinin Geologiya İnstitutunun rəhbəri Elçin Vəliyev tərəfindən təltifnamə ilə təltif edilib.

Geologiya İnstitutunun rəhbərliyi və kollektivi İlahə Vəliyevanı əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar, yeni idman nailiyyətləri və möhkəm cansağlığı arzulayır.

next
next