Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Oct 2026 Nəşrlər Nəşrlər

AZƏRBAYCAN ALİMLƏRİ BEYNƏLXALQ “TOP 2% SCİENTİSTS” SİYAHISINDA

2026-cı il oktyabrın 7-də “Elsevier Data Repository” platformasında dünya alimlərinin elmi fəaliyyətinin bibliometrik göstəricilərinə əsaslanan “Updated science-wide author databases of standardized citation indicators” məlumat bazasının növbəti yenilənmiş versiyası dərc olunub.

 

Stanford Universitetinin tədqiqatçısı John P. A. Ioannidis tərəfindən hazırlanan və beynəlxalq elmi ictimaiyyətdə “Top 2% Scientists” adı ilə tanınan məlumat bazasının yeni versiyası 2025-ci ilin sonunadək olan elmi istinad göstəricilərini əhatə edir.

 

Alimlərin elmi nəşrlərinə istinadlar, h-indeksi, həmmüəlliflik xüsusiyyətləri və digər bibliometrik meyarlar əsasında formalaşdırılan siyahıda əvvəlki illərdə olduğu kimi, Azərbaycan alimləri də yer alıblar. Onların sırasında Geologiya İnstitutunun direktoru, texnika elmləri doktoru Elçin F. Vəliyev də var. Onun siyahıdakı mövqeyi elmi fəaliyyəti boyunca formalaşmış bibliometrik göstəricilərinə əsaslanır.

 

 

Azərbaycan alimlərinin beynəlxalq elmi məlumat bazalarında davamlı təmsil olunması ölkəmizdə aparılan tədqiqatların beynəlxalq elmi mühitdə görünürlüğü və elmi nəticələrin təsiri baxımından əhəmiyyətlidir.

 

Yenilənmiş siyahıda yer alan bütün azərbaycanlı alimləri səmimi-qəlbdən təbrik edir, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

 

 

Mənbə: Elsevier Data Repository, August 2026 data-update for “Updated science-wide author databases of standardized citation indicators”, Version 9.

https://doi.org/10.17632/btchxktzyw.9

AZƏRBAYCAN ALİMLƏRİ BEYNƏLXALQ “TOP 2% SCİENTİSTS” SİYAHISINDA
next
next