Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
06 Oct 2026
Diqər xəbərlər
İNSTİTUTUN ƏMƏŞDAŞLARI TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 103 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK ETMİŞLƏR
İnstitutun “Lay proseslərinin hidrodinamik modelləşdirilməsi” şöbəsinin əməkdaşları aparıcı elmi işçi, t.e.d. Bünyad Kazımov və elmi işçi Sona Səlimova 02-04 oktyabr 2026-cı il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində keçirilmiş Türkiyə Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş 14-cü beynəlxalq Ankara elmi araşdırmalar konqresində “Dərinlikdə yerləşən qaz-kondensat yatağının işlənilmə göstəricilərinə quyu lüləsi həcminin təsiri” (“Effect of wellbore volume on the development performance of a deep-lying gascondensate reservoir”) mövzusunda onlayn formatda məruzə ilə çıxış etmişlər.