Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Sep 2026 Diqər xəbərlər Diqər xəbərlər

27 SENTYABR – ANIM GÜNÜ ƏRƏFƏSİNDƏ ŞƏHİD ÖVLADLARI İLƏ XIZIDA GEOLOJİ EKSPEDİSİYA.

27 Sentyabr – Anım Günü ərəfəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid övladlarının iştirakı ilə Xızı rayonunda geoloji ekspedisiya təşkil olunub.

Ekspedisiyanın əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, uşaqlara geologiya haqqında maraqlı və faydalı məlumatlar vermək, onları təbiətlə yaxından tanış etmək və asudə vaxtlarını maraqlı şəkildə keçirmələrinə şərait yaratmaq olub. Səfər zamanı Geologiya İnstitutu “Geoekologiya” sektorunun müdiri, coğrafiya elmləri doktoru, dosent  Stara Tarixazər uşaqlara Xızı ərazisinin geoloji quruluşu, süxurların xüsusiyyətləri, relyefin formalaşması və geoloji proseslər haqqında maraqlı elmi məlumatlar verib.

Şəhid övladları üçün fərqli və yaddaqalan bir gün təşkil olunub, onların təbiətlə ünsiyyəti, yeni biliklər əldə etməsi və birgə fəaliyyət vasitəsilə maraqlı vaxt keçirməsi üçün şərait yaradılıb.

Bu təşəbbüsün həyata keçirilməsində göstərilən dəstəyə görə “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Geologiya İnstitutunun rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk.

Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik!

next
next