Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
20 SENTYABR – DÖVLƏT SUVERENLİYİ GÜNÜ
Dövlət Suverenliyi Günü münasibətilə Geologiya İnstitutu, “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və VAPIANO komandası ilə birgə şəhid övladları və onların ailələri üçün səmimi görüş təşkil edib.
Görüş çərçivəsində uşaqlar üçün pizza hazırlanması üzrə ustad dərsi keçirilib. Uşaqlar böyük həvəslə prosesə qoşularaq öz pizzalarını hazırlayıb, xoş və yaddaqalan anlar yaşayıblar.
Geologiya İnstitutu Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin böyük elm və təhsil komandasının bir hissəsi olaraq, elmi fəaliyyətlə yanaşı, cəmiyyət qarşısında sosial məsuliyyəti də mühüm dəyər hesab edir. Xüsusilə şəhid ailələrinə və onların övladlarına diqqət və qayğı, uşaqlarla ünsiyyət qurmaq, onların sevincini bölüşmək və onlar üçün gözəl xatirələr yaratmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Tədbirin həyata keçirilməsinə töhfə verən “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə, VAPIANO komandasına və Geologiya İnstitutunun əməkdaşlarına təşəkkür edirik.
Uşaqların təbəssümü bu görüşün ən dəyərli xatirəsi oldu.