Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “DOKTORANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN RESPUBLİKA ELMİ KONFRANSI” (NASCO29) KEÇİRİLƏCƏK
2026-cı il 15–16 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı” (NASCO29) keçiriləcəkdir.
Əyani formatda təşkil olunacaq konfrans müxtəlif regionları və elmi istiqamətləri təmsil edən tədqiqatçıların bir araya gəlməsi, akademik dialoqun inkişafı və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün səmərəli platforma rolunu oynayacaqdır.
Tədbirin əsas məqsədi gənc alimlərin elmi-tədqiqat işlərinin nəticələrini təqdim etmələrinə şərait yaratmaq, müasir elmin aktual problemlərini müzakirəyə çıxarmaq və innovativ ideyalar üzrə fikir mübadiləsini təmin etməkdir. Elmin müxtəlif sahələrini əhatə edən bu tədbir iştirakçılara elmi polemikalar aparmaq, təcrübə bölüşmək və multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı verəcəkdir.
Konfransa təqdim edilən məqalə və tezislər elmi ekspertiza və anonim rəyləşdirmə (peer-review) prosesindən keçiriləcək, akademik dürüstlük və etik standartlara uyğunluğu tam qiymətləndiriləcəkdir.
Mühüm məlumatlar:
Məqalə və tezislərin son təqdimat tarixi: 1 oktyabr 2026-cı il
İştirak forması: Əyani (ödənişsiz)