Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 Jul 2026 Nəşrlər Nəşrlər

GEOLOGİYA İNSTİTUTU ALİMLƏRİNİNİN “ƏYLƏNCƏLİ GEOLOGİYA” KITABI ÇAPDAN ÇIXIB

ETN Geologiya İnstitutunun alimləri – “Dinamiki geologiya” şöbəsinin aparıcı elmi işçisi Şahvələd Köçərli və elmi işçi Kəmalə Səmədovanın ərsəyə gətirdikləri “Əyləncəli geologiya. 100 sual -99 cavab” kitabı çapdan çıxıb.


Nəşrin elmi redaktoru akademik Akif Əlizadədir.


Sual-cavab şəklində hazırlanmış əsərdə geologiya elminin əsas müddəaları elmi-kütləvi tərzdə, maraqlı illüstrasiyalar və rəngli fotolarla təqdim edilir. Müəlliflər nəşrdən əsas məqsədin yetişən yeni nəsildə geologiyaya və ümumən təbiət elmlərinə maraq oyatmaq olduğunu bildirirlər.


Kitabda “Kainatdan günəş sisteminə, oradan da planetimizə”, “Dinozavrlar niyə məhv oldu”, “Sirlərlə dolu dünya okeanları”, “Neft gələcək nəsillərə qalacaqmı” kimi 14 bölümdə bir-birindən maraqlı təbiət hadisələrin əyləncəli izahı bütün yaş qruplarında olan oxucularda maraq doğuracaq tərzdə təqdim edilir. Kitabda həmçinin Azərbaycan geologiya elminin inkişafına töhfələr vermiş bir qrup alimin fotosu və onlar haqqında qısa məlumat da yer alıb.


168 səhifəlik “Əyləncəli geologiya. 100 sual - 99 cavab” kitabı “Qanun” nəşriyyatında nəfis şəkildə çap olunub.

 

GEOLOGİYA İNSTİTUTU ALİMLƏRİNİNİN “ƏYLƏNCƏLİ GEOLOGİYA” KITABI ÇAPDAN ÇIXIB
next
next