Ana Səhifə / Xəbərlər

Xəbərlər

21 May 2026 Diqər xəbərlər Diqər xəbərlər

ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ DİSSERTASİYA İŞİNİN MÜZAKİRƏSİ KEÇİRİLİB

Geologiya İnstitutunun nəzdindəki FD 1.01 Dissertasiya şurasının 2507.01 –“Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisas şifrəli elmi seminarı keçirilib. Tədbirdə elmi seminar üzvləri ilə yanaşı Geologiya İnstitutunun əməkdaşları da iştirak ediblər.

Tədbirə rəhbərlik edən g-m.e.d., professor Tofiq Əhmədov tədbiri açıq elan edərək sözü iddiaçıya verib. İnstitutun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin kiçik elmi işçisi Tural Babayev “Ssenar zəlzələlərinin məlumatlar toplumuna əsasən Şəmkir su anbarı ərazisində sintezlənmiş seysmik təsirin modelləri” mövzusunda dissertasiya işinin təqdimatını reallaşdırıb.  

İddiaçı dinlənildikdən sonra rəyçilər protokol qaydasında dissertasiya işinə münasibətlərini bildiriblər və iddiaçı səsləndirilən iradlarla bağlı izahat verib. Həmçinin, çoxsaylı sualları cavablandırıb. 

Daha sonra Elmi seminar şurasının üzvləri arasında təqdim olunan iş baradə qapalı müzakirə aparılıb, eləcə də gizli səsvermə keçirilib. Səsvermənin  nəticəsinə əsasən qərara alınıb ki, iddiaçı Tural Babayevin “Ssenar zəlzələlərinin məlumatlar toplumuna əsasən Şəmkir su anbarı ərazisində sintezlənmiş seysmik təsirin modelləri” mövzusunda dissertasiya işi müsbət qiymətləndirilsin və AR ETN-nin Geologiya İnstitutunun nəzdindəki FD 1.01 Dissertasiya şurasında müdafiə olunmaq üçün təqdim edilsin.

next
next