Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 May 2026 Diqər xəbərlər Diqər xəbərlər

ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ ELMİ LEKTORİYA MARAQLA QARŞILANIB

Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunda növbəti elmi lektoriya keçirilib. Tədbirdə İnstitutun əməkdaşları və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbiri elmi müəssisənin baş direktoru akademik Akif Əlizadə açaraq İnstitutda elmi-maarifləndirici tədbirlərin mütəmadi təşkilinin əhəmiyyətini vurğulayıb, müxtəlif elmi istiqamətlər üzrə aparılan tədqiqatların multidissiplinar yanaşmalarla təqdim edilməsinin aktual məsələlərin müzakirəsinə və gənc alimlərin formalaşmasına töhfə verdiyini bildirib.

Daha sonra Yerin radioaktiv sahələri şöbəsinin aparıcı elmi işçisi y.e.f.d. Fərəh Mahmudova “Təbii radioaktivlik və insan orqanizminin adaptiv fiziologiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təbii radioaktivliyin mənbələri, ətraf mühitdə yayılma xüsusiyyətləri və insan orqanizminə mümkün təsirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, insan orqanizmi radiasiyanın müxtəlif dozalarına qarşı müəyyən adaptiv fizioloji mexanizmlərə malikdir və bu mexanizmlərin öyrənilməsi həm fundamental elm, həm də tətbiqi tədqiqatlar baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış zamanı aşağı dozalı təbii radiasiyanın bioloji sistemlərə təsiri, orqanizmin müdafiə və uyğunlaşma reaksiyaları, eləcə də bu istiqamətdə aparılan müasir elmi tədqiqatların nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Məruzəçi həmçinin radiasiya təhlükəsizliyi, ətraf mühitin monitorinqi və insan sağlamlığının qorunması sahəsində elmi araşdırmaların aktuallığını qeyd edib.

Lektoriyanın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirdə səsləndirilən fikirlərin gələcək elmi araşdırmalar və multidissiplinar əməkdaşlıqlar üçün faydalı olacağı vurğulanıb.

next
next