Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Apr 2026 Diqər xəbərlər Diqər xəbərlər

Gİ-də ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Geologiya İnstitutunda 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan GGİ Həmkarlar İttifaqı Komitəsinin sədri geologiya və mineralogiya üzrə fəlsəfə doktoru Kamran Əliyev mövzu barədə İnstitut əməkdaşlarına ətraflı məlumat verərək bildirib ki, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.


Natiq iştirakçıların diqqətinə çatdırıb ki, bu günün qeyd edilməsi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində xəsarət almış işçilərin hüquqlarının qorunması günü kimi başlanılıb, sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2003-cü ildən 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib. Əlamətdar gün hazırda dünyanın yüzdən çox ölkəsində qeyd olunur. Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olmaqla, onun 57 Konvensiyasına qoşularaq orada təsbit olunmuş prinsip və normaları qəbul edib.


İnstitutda əməyin mühafizəsinə cavabdeh məsul əməkdaşlar - Elxan Qədirli və Turan İmaməlili Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı mülahizələrini tədbir iştirakçıları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıblar.

 

Gİ-də ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
Gİ-də ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
Gİ-də ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
next
next