Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Apr 2026 Diqər xəbərlər Diqər xəbərlər

ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB

ETN Geologiya İnstitutunda əsasən gənclər üçün nəzərdə tutulmuş növbəti lektoriya keçirilib.


Gİ-nin direktoru akademik Akif Əlizadə tədbiri qısa giriş sözü ilə açaraq elmi müəssisədə ənənəvi lektoriyaların əhəmiyyətini vurğulayıb və sözü professor Fuad Hacızadəyə verib.


F.Hacizadə Azərbaycanda kosmos sənayesi ilə bağlı ümumi məlumatlandırıcı çıxışında elmi-tədqiqat  sənayesinin formalaşdırılması ilə  bağlı informasiyasında Azərbaycanın kosmik  peyklərinin buraxılması tarixindən, həmin aparatların funkisaysından söz açaraq ətraf mühitin mühafizəsini,Yer strukturunun tədqiqatları baxımından əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, bu yöndə görülən işlərin hazırda geniş vüsət aldığını vurğulayıb və bugünkü lektoriyanın mövzusunu bir nümunə kimi nəzərə çatdırıb.


Sonra “Multispektral peyk görüntüləri vasitəsilə Şərqi Zəngəzur və Qarabağın azad edilmiş ərazilərində radiasiya sahələrinin identifikasiyası” ümumi başlıqlı tədbirdə professor Fuad Hacızadə və "Azercosmos"un doktorantı Nicat Əhədi təqdimatlarla çıxış ediblər.


Gənc alim Nicat Əhədi cari tədbirin istiqamətinə uyğun olaraq “Məsafədən zondlama, peyk məlumatları, CIS texnologiyalari ”, “Bitki örtüyü indeksləri, su və torpaq örtüyü indeksləri, torpaq nəmliyi indeksləri, həmçinin urbanizasiya indeksləri” ətrafında müfəssəl məlumatlar təqdim edib. Məruzi bildirib ki, məsafədən zondlama və peyk görüntüləri, geniş ərazilər üzrə ilkin riskləri müəyyən etməyə imkan verir. Müasir peyklər tərəfindən toplanan multispektral məlumatlar vasitəsilə vegetasiya vəziyyəti, torpaq nəmliyi və torpaq səthinin xüsusiyyətləri haqqında məlumat əldə edilir.Coğrafi İnformasiya Sistemləri təkcə elmi məqsədlə deyil, həm də dövlət və ictimai maraqlar baxımından böyük əhəmiyyət kəsb edir. Tərtib olunan elektron xəritələr və analiz nəticələri şəhərsalma, məskunlaşma,  mina təmizləmə və infrastruktur planlaşdırması zamanı əsas informasiya mənbəyi kimi istifadə oluna bilər. Eyni zamanda bu yanaşma ərazilərin ekoloji təhlükəsizlik baxımından prioritetləşdirilməsinə və əhali üçün sağlam yaşayış mühitinin qurulmasına elmi əsas yaradır.


Sonda professor Fuad Hacızadə və doktorant Nicat Əhədi iştirakçıların suallarını mənuniyyətlə cavablandırıblar.

 

ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
ETN GEOLOGİYA İNSTİTUTUNDA NÖVBƏTİ LEKTORİYA REALLAŞIB
next
next