Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA "AÇIQ QAPI" GÜNÜ KEÇİRİLİB
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ) nəzdində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası Bakı Dövlət Universitetinin tələbələri üçün "Açıq qapı" günü təşkil edib. Tələbələrə İnstitutun tarixi inkişaf yolu, elmi-tədqiqat istiqamətləri, mövcud şöbələri, eləcə də beynəlxalq və respublika səviyyəsində reallaşdırılmış elmi layihələr və tədbirlər haqqında geniş məlumat verilib.
Daha sonra GGİ mütəxəssislərinin müşayiəti ilə “İzotop geokimyəvi tədqiqatlar”, “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”, “Yerin radioaktiv sahələri” və “Geoloji-mineraloji muzey” ilə yaxından tanışlıq reallaşdırılıb. Tələbələr laboratoriyalarda aparılan son tədqiqat üsulları, istifadə olunan müasir cihazlar və elmi-texniki nailiyyətlər barədə ətraflı məlumat əldə ediblər. Mütəxəssislər "Açıq qapı" günü ərzində tələbələrin suallarını cavablandırıblar.