Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Feb 2026 İclaslar İclaslar

GGİ-də “URBAN SEYSMOLOGİYA KONSEPSİYASI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika  İnstitutunda  Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil edilməsi ilə bağlı planlar çərçivəsində tədbir keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyevin sədrliyi ilə əsasən gənclər üçün nəzərdə tutulmuş tədbirdə Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri y.e.e.d. Qulam Babayev “Urban seysmologiya konsepsiyasi” mövzusunda təqdimat reallaşdırıb.  

Alim məruzəsində urban seysmologiya konsepsiyasını təqdim edərək onun şəhər mühitində əhəmiyyətini əsaslandırıb. Bildirilib ki, urban seysmologiya konsepsiyası şəhərlərdə zəlzələlərin təsirinin öyrənilməsi, seysmik təhlükənin qiymətləndirilməsi və riskin azaldılması üçün fənlərarası elmi-texniki yanaşmadır. Konsepsiya seysmik təhlükə (seismic hazard), həssaslıq (vulnerability) və məruz qalma (exposure) amillərinin birgə təhlilinə əsaslanaraq seysmik riskin hesablanmasını nəzərdə tutur. Konsepsiya çərçivəsində həm deterministik (DSHA), həm də ehtimal (PSHA) seysmik təhlükə qiymətləndirmə yanaşmaları tətbiq edilir, seysmik mikrorayonlaşdırma aparılır və qruntun maksimal təcili (PGA) kimi parametrlər hesablanır. Şəhər seysmik monitorinq şəbəkələri, real vaxt məlumat emalı və erkən xəbərdarlıq sistemləri bu konsepsiyanın əsas komponentlərindəndir.

Təqdimatda süni intellekt, yüksək sıxlıqlı sensor şəbəkələri və struktur monitorinqi kimi müasir texnologiyaların rolu da diqqətə çatdırılıb. Ümumilikdə vurğulanıb ki, urban seysmologiya konsepsiyası şəhərsalma planlaşdırılmasında, normativ bazanın təkmilləşdirilməsində və mümkün sosial-iqtisadi itkilərin azaldılmasında mühüm praktik əhəmiyyətə malikdir.

Məruzə maraqla dinlənilib, Qulam Babayev iştirakçıların suallarını ətraflı cavablandırıb.

next
next