Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 Oct 2024 Çöl tədqiqatları Çöl tədqiqatları

VULKAN PALÇIĞININ MÜALİCƏ MƏQSƏDİLƏ İSTİFADƏSİNƏ DAİR GGİ-də TƏDQİQAT APARILIR

ETN Geologiya və Geofizika İnstitutunun əməkdaşları – y.e.d. dosent Orxan Abbasov və elmi işçi Elnur Baloğlanovun iştirakı ilə Şamaxı, Qobustan, Abşeron, Salyan və digər rayonlarda mövcud palçıq vulkanlarında tədqiqat aparırlar. Məqsəd vulkan palçığının müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və tətbiqidir.


Üç il ərzində davam edəcək araşdırmalar Geologiya və Geofizika İnstitutu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşır. Geniş elmi-tədqiqatları əhatə edən araşdırmalarda, ilk növbədə, Şərqi Azərbaycanın quru ərazilərindəki palçıq vulkanlarının Yerin müxtəlif dərinliklərindən səthə çıxardığı palçığın və suyun bir sıra fiziki-kimyəvi xüsusiyyətlərinin müasir analitik üsullarla tədqiqi nəzərdə tutulub.


Növbəti mərhələdə planlaşdırılıb ki, vulkan palçığının fərqli xəstəliklərin müalicəsində effektivliyini təsdiqləmək məqsədi ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuda kliniki-eksperimental araşdırmalar həyata keçirilsin. Hazırda isə alimlərin topladıqları palçıq və su nümunələri Geologiya və Geofizika İnstitutunun analitik bazasında tədqiq olunur.

 

VULKAN PALÇIĞININ MÜALİCƏ MƏQSƏDİLƏ İSTİFADƏSİNƏ DAİR GGİ-də TƏDQİQAT APARILIR
VULKAN PALÇIĞININ MÜALİCƏ MƏQSƏDİLƏ İSTİFADƏSİNƏ DAİR GGİ-də TƏDQİQAT APARILIR
next
next