Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də DİSSERTASİYA İŞİNİN MÜZAKİRƏSİ KEÇİRİLİB
Geologiya və Geofizika İnstitutunun nəzdindəki (GGİ) ED 1.01 Dissertasiya şurasının 2507.01 –“Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisas şifrəli elmi seminarı keçirilib. Tədbirdə elmi seminar üzvləri ilə yanaşı Geologiya və Geofizika İnstitutunun əməkdaşları da iştirak ediblər.
Seminarın sədri akademik Fəxrəddin Qədirov bildirib ki, bu gün GGİ-nin doktorantı, İnstitutun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin kiçik elmi işçisi Yaşar Əliyevin “Talış zonasının və bitişik akvatoriyanın seysmik təhlükəsinin ehtimal-deterministik təhlili” (Вероятностно-детерминистический анализ сейсмической опасности Талышской зоны и прилегающей акватории)” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək.
Yaşar Əliyev seminar iştirakçılarını dissertasiya işi ilə tanış etdikdən sonra ona ünvanlanmış çoxsaylı sualları cavablandırıb. Sonra təqdim olunan iş baradə müzakirələr aparılıb.
Dissertasiya şurasının üzvlərinin gizli səsverməsinə əsasən qərara alınıb ki, GGİ-nin doktorantı, “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin kiçik elmi işçisi Yaşar Əliyevin “Talış zonasının və bitişik akvatoriyanın seysmik təhlükəsinin ehtimal-deterministik təhlili” mövzusunda dissertasiya işi müsbət qiymətləndirilsin və AR ETN Geologiya və Geofizika İnstitutunun nəzdindəki ED 1.01 Dissertasiya şurasında müdafiə olunmaq üçün təqdim edilsin.