Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-nin ELMİ ŞURA İCLASINDA MÜXTƏLİF MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Elmi şura iclasında elmi-təşkilati məsələlərə baxılıb.
Tədbirdə Elmi şuranın üzvləri, şöbə rəhbərləri, doktorant və dissertantlar və magistrantlar iştirak ediblər.
İclası giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edildiyini diqqətə çatdırıb, Vətən torpaqlarının işğalı dövründə və işğldan azad edildiyi zaman şəhid olmuş övladlarımızın fədakarlığından danışıb. Sonra Vətən yolunda canından keçmiş igid hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik A.Əlizadə daha sonra şöbə rəhbərləri y.e.e.d. Qulam Babayevi, y.e.f.d. Şəfəq Bayramovanı, y.e.f.d. Səadət Ələkbərovanı yubileyləri münasibətilə, eləcə də “Filiz-maqmatik sistemləri və minerageniya” şöbəsinin elmi işçisi Tellər Qədirovanı fəlsəfə doktoru diplomu aldığı üçün İnstitut kollektivi adından təbrik edib, xoş arzularını bildirib.
Akademik Akif Əlizadə AMEA-nın 80-illik yubileyinə hazırlıqla bağlı imzaladığı əmrin icrasının gedişatı haqqında məlumat verib və bir sıra yeni tapşırıqlar da səsləndirib.
Elmi şura iclasının sonrakı mərhələsində ETİ-nin yerinə yetirilməsi müzakirə edilib. Qoyulmuş məsələyə uyğun olaraq “Şərqi Paratetisin oliqosen-miosendə paleocoğrafi şəraiti və qəziyyələr stratiqrafiyası” (2023–2025) barədə y.e.f.d. Şəfəq Bayramovanın məlumat dinlənilib.
YUNESKO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında AMEA-nın müxbir üzvü Tələt Kəngərli, İtaliya Milli Tədqiqatlar Şurası (CNR) proqramı çərçivəsində aparılan tədqiqat işlərinin vəziyyəti barədə y.e.e.d. Qulam Babayev, Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiya İnstitutu ilə birgə apardığı elmi tədqiqatlar və Milli məlumat mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında y.e.f.d. Rafiq Səfərov, GGİ-nin doktoranturasına və dissertanturasına qəbul haqqında y.e.f.d. S.Ə.Ələkbərova çıxış edib. Hesabatla çıxış edənlər iclas iştirakçılarının suallarını cavablandırandan sonra akademik Akif Əlizadə İnstitut strukturunda qismən dəyişikliklər haqqında danışıb. Bildirib ki, GGİ-də “İzotop-geokimyəvi tədqiqatlar” laboratoriyası yaradılır. Yeni laboratoriyaya gənc alim, Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda 9 il ərzində elmi fəaliyyətlə məşğul olmuş İnstitutun “Yerin radioaktiv sahələri” şöbəsinin mühəndisi Fuad Əliyev rəhbərlik edəcək.
İclasda daha sonra bir sıra digər məsələlərə baxılıb.