Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Sep 2024
Diqər xəbərlər
LÖKBATAN PALÇIQ VULKANI NÖVBƏTİ DƏFƏ PÜSKÜRÜB
Sentyabr ayının 17-si saat 15.37-də Lökbatan palçıq vulkanı yenidən püskürüb. Son dövrlərdə hər 2 ildən-bir püskürən bu vulkanın indiki - 28-ci püskürməsi zəif hesab olunur.
Sözügedən palçıq vulkanının krater sahəsində yerləşən 2 püskürmə mərkəzində qeydə alınan püskürmələr zamanı alovlanma baş verməyib. 5-6 dəqiqə davam etmiş püskürmə nəticəsində yer səthinə düşmüş palçığın orta qalınlığı 0,5 metrdən az olub.
Hazırda AR ETN Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanzimi” şöbəsinin əməkdaşları – aparıcı elmi işçi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və mühəndis Elmar Səmədov püskürmə sahəsində tədqiqat işləri aparırlar.