Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 May 2024 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DOKTORANT VƏ DİSSERTANTLARIN ATTESTASIYASI KEÇİRİLİB

AR Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika  İnstitutunda elmlər və fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantların attestasiyası ilə bağlı təşkil olunmuş komissiyanın iclası olub.


İnstitutun baş direktoru akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda elmlər doktoru proqramı üzrə 5 dissertantın, fəlsəfə doktorluğu üzrə hazırlıq keçən 3 doktorantın attestasiyası keçirilib.


Doktorant və dissertantlar attestasiya komissiyasına bütün zəruri sənədləri, o cümlədən dissertasiya işinin gedişatı haqqında hesabatı təqdim ediblər, həmçinin davam edən dissertasiya tədqiqatları çərçivəsində əldə edilmiş nəticələrin təqdimatı ilə çıxış ediblər. Təqdimat zamanı hər bir məruzəçi özünə aid mövzunun strukturunun qısa məzmununu və gələcək planları haqqında məlumatı diqqətə çatdırıb.


Attestasiya komissiyası doktorant və dissertantların fərdi iş planlarının yerinə yetirilməsi, minimum imtahanlarının verilməsi, məqalələrin yerli, xarici və impakt faktorlu nəşrlərdə nəşri ilə bağlı müzakirə aparıb.


Həmçinin attestasiya olunanlarla söhbət zamanı işin gedişatında rast gəlinən çətinliklər və problemlərdən bəhs edilib. Elmi müəssisə rəhbəri deyilənlərin aradan qaldırılması üçün hər cür dəstək göstəriləcəyini bildirib.

             

 

 

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DOKTORANT VƏ DİSSERTANTLARIN                    ATTESTASIYASI KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DOKTORANT VƏ DİSSERTANTLARIN                    ATTESTASIYASI KEÇİRİLİB
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DOKTORANT VƏ DİSSERTANTLARIN                    ATTESTASIYASI KEÇİRİLİB
next
next