Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
İNSTİTUTUN ƏMƏKDAŞLARI AVROPA YER ELMLƏR İTTIFAQININ BAŞ ASSEMBLEYASINDA İŞTİRAK EDİBLƏR
Avstriyanın Vyana şəhərində Avropa Yer Elmləri İttifaqının Baş Assambleyası keçirilib. İnstitutun “Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun və elmi işçisi, doktorant Aygün Bayramovanın iştirak etdiyi sözügedən tədbir coğrafiyasına və iştirakçı sayına görə dünyanın ən nüfuzlu elmi platforması hesab olunur. Belə ki, 130 ölkənin 20931 alim və mütəxəssisinin iştirak etdiyi Baş Assembleyada Yer elmləri sahəsində aparılan müasir fundamental və praktiki əhəmiyətli tədqiqat nəticələrinin geniş müzakirəsi təşkil olunub.
Geologiya və Geofizika İnstitutunun tədbirdə iştirak edən əməkdaşları Şərqi Azərbaycanın yeni neftli çöküntü komplekslərinə və Xəzər dənizinin ada palçıq vulkanlarına dair tədqiqat nəticələrini nümayiş etdiriblər.
Gənc Azərbaycan alimlərinin çıxışları maraqla qarşılanıb.