Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Apr 2024 Diqər xəbərlər Diqər xəbərlər

BAKI KASPİ BEYNƏLXALQ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ GGİ-də OLUBLAR

Bakı Kaspi Beynəlxalq Məktəbinin 4-cü sinif şagirdlərindən ibarət üç qrup beş müəllimin müşayiətilə ETN Geologiya və Geofizika İnstitutunda ekskursiyada olub.

Şagirdlər  ikigünlük ekskursiya müddətində  təbii fəlakətlər və Yerin relyefində baş verən dəyişikliklər, həmçinin su ehtiyatları ilə bağlı təqdimatda iştirak ediblər. İnstitutun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayev “Zəlzələ dinamikasının nəzəriyyəsi”, c.e.d. Vaqif Məmmədov isə “Azərbaycanın su ehtiyatları və onların ekoloji mənbələri” mövzularında məktəblilər qarşısında  təqdimatla çıxış edib. Sonra Kaspi Beynəlxalq Məktəbinin şagirdlərini maraqlandıran suallar cavablandırılıb.

Ekskursiya proqramına uyğun olaraq İnstitutun məktəbli qonaqları həmçinin Geoloji-mineraloji muzeyi ziyarət ediblər. Muzeyin rəhbəri Əbülfət İmanov minerallar, süxurlar, fauna və flora nümunələri haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib, şagirdlərlə dialoq qurub.

Tədbirin sonunda məktəblilər və onları müşayiət edən  müəllimlər ikigünlük maraqlı ekskursiyaya görə Geologiya və Geofizika İnstitutunun rəhbərliyinə və təşkilatçılara  minnətdarlıqlarını bildiriblər.

next
next