Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Dec 2023 Müdafiə Müdafiə

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA DOKTORLUQ DİSSERTASİYASININ MÜDAFİƏSİNƏ HƏSR OLUNMUŞ İCLAS KEÇİRİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) nəzdində fəaliyyət göstərən  ED 1.01 Dissertasiya şurasının növbəti iclası keçirilib.

Dissertasiya şurasının sədri akademik  Əkpər Feyzullayev Geologiya və Geofizika İnstitutunun  Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Rəfael oğlu Abbasovun  2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasında yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın yanar şistləri: əmələgəlmə şəraitləri, yayılma qanunauyğunluqları, geokimyəvi xüsusiyyətləri və proqnoz resurslarının qiymətləndirilməsi” mövzusunda   təqdim edilmiş dissertasiya işinin müdafiəsinə həsr olunmasını qeyd edib. Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Dilquşa Mirzəyeva dissertasiya şurasına daxil olan sənədlərlə şura üzvlərini tanış edib. Bildirilib ki, dissertasiya işinin elmi məsləhətçi    g.-m.e.d., professor  Adil Əliyev, rəsmi opponentlər akademik,  AMEA-nın vitse-prezidenti İbrahim  Quliyev, akademik Vasif Babazadə,  AMEA-nın müxbir üzvü, g.-m.e.d. Elmira Əliyeva, g.-m.e.d.,  professor  Vaqif Kərimovdur.

Orxan Abbasov dissertasiyanın mahiyyəti və aldığı nəticələr barədə geniş təqdimat reallaşdırıb. Qeyd edib ki, sin­te­tik neft və qaz­la ya­na­şı, is­ti­lik-elekt­rik ener­ji­si­nin və digər məhsulla­rın alınmasın­da dün­ya­da xammal ki­mi geniş is­ti­fa­də olu­nan yanar şistlərdən in­di­yə­dək Azər­bay­can­da heç bir sa­hə­də yararlanmayıb. Digər tərəfdən, onların əmələgəl­mə şə­ra­it­lə­ri­ daxil olmaqla, digər xüsusiyyətlərinin öy­rə­nil­mə­si məsələsi dün­ya üz­rə yeri­nə ye­ti­ri­lən müa­sir mi­ne­ra­lo­ji, geo­kim­yə­vi və s. təd­qi­qat­la­rın me­to­do­lo­ji prinsiplə­ri əsa­sın­da həyata keçirilməyib. Bu baxımdan, hazırkı mərhələdə təqdim olunan material aktuallığa iddialıdır.  

İclasda şura üzvlərinin və rəyçilərin çoxsaylı sualları cavablandırılıb, geniş müzakirələr aparılıb.

Qərara alınb ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Orxan Rəfael oğlu Abbasovun 2521.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisasında yer elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.

next
next