Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası gənclərin növbəti elmi seminarını keçirib. Tədbirdə İnstitutun baş direktoru akademik Akif Əlizadə və icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirak ediblər.
Seminarı giriş sözü ilə açan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev təqdimat üçün sözü doktorant Emin Quliyevə verib.
Emin Quliyev “Vəndam struktur zonası Təbaşir çöküntülərinin sedimentasiyasının geodinamiki şəraitinin mineraloji-geokimyəvi indikatorları” mövzusunda (elmi rəhbərAMEA-nın müxbir üzvü geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva ) təqdimatla çıxış edib. Məruzəçi Vəndam struktur zonasının Təbaşir çöküntülərindən götürdüyü süxur nümunələrinin tədqiqi haqqında məlumat verib, geoloji keçmişin geodinamik vəziyyətlərinin və iqlim şəraitinin bərpası, kəsilişlərin geokimyəvi parametrlər əsasında korrelyasiyası ilə bağlı tədqiqatlarından ətraflı məlumat verib. Bildirilib ki, çökmə hövzələrinə qırıntı materialının gətirilmə mənbəyi ilə əyalətlərin müəyyənləşdirilməsində çoxdan məlum olan Dikkinsonun QFL diaqramından (Q-kvars, F - çöl şpatı, L -süxur qırıntıları) istifadə olunub.
Məruzəçi verilmiş sualları cavablandırıb.
Akademik Akif Əlizadə tövsiyə xarakterli çıxışında İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi elmi seminarların davamlı olmasının zəruriliyini vurğulayıb.