Ana Səhifə / Xəbərlər

Xəbərlər

01 Dec 2023 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də TANINMIŞ SAHIBKAR VƏ MESENAT H.Z.TAĞIYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLİB

Geologiya və Geofizika İnstitutunda tanınmış sahibkar və mesenat Hacı    Zeynalabdin Tağıyevin  xatirə gecəsi keçirilib. “H.Z.Tağıyev görkəmli xeyriyyəçi və maarifçidir. 1880-1920-ci illərdə H.Z.Tağıyevin həyata keçirdiyi əsas xeyriyyə aksiyaları” mövzusunda təqdimatı İnstitutun aparıcı elmi işçisi Səidə Mirizadə reallaşdırıb.


S.Mirizadə arxiv materialları, foto və rəsm əsərləri vasitəsilə məşhur mesenatın xeyriyyə işləri barədə indiyə kimi yayılmamış bir çox məlumatları diqqətə çatdırıb. Bildirib ki, H.Z.Tağiyevin xeyriyyəçilik fəaliyyəti neft, toxuculuq kombinatları, dəyirmanlar, balıq vətəgələri, bank və s. istiqamətlərdə reallaşıb. Bu sahələrdə əldə etdiyi qazancla millətin gənc nümayəndələrinin elm və savad yolunda irəli getməsinə təkan vermək üçün məktəblər, ölkədən kənarda təhsil alanlara maddi yardım və digər üsullarldan istifadə etmiş, maarifçiliklə yanaşı, mədəniyyətyönümlü binaların inşasında , əhalinin rifahı naminə Bakıya içməli su kəməri çəkilməsində Bakı milyonçular sırasında fəal surətdə seçilib.


Hacının inşa etdirdiyi “Tağıyev teatrı”nda 1888- ci il oktyabrın 27-də ilk tamaşa göstərilib, 1908-ci ildə isə burada ilk milli opera - Üzeyir Hacıbəylinin “leyli və Məcnun” operası göstərilib.


1889-cu il aprelin 7-də Bakı sakinləri vağzal ilə Bayıl qəsəbəsi marşrutu ilə işləyən konka nəqliyyatından istifadə etməyə başlayıblar. Hacının səyilə sonra Bakıda müsəlman qız məktəbi fəaliyyətə başlayıb.


Xatirə gecəsində görkəmli mesenatın xaricdə oxuyan azərbaycanlı tələbələr üçün təqaüt, milli bayramların keçirilməsi üçün vəsait  ayırması faktları diqqətə çatdırılıb.


Məruzəçi bildirib ki, Bakıya Şollar suyunun  çatdırılması prosesi ən mürəkkəb və külli miqdarda vəsait tələb edən layihələrdən olub. Avropanın 35 şəhərinə su kəməri çəkmiş ingiltərəli mühəndis Lindley və tikintinin iştirakçıları 16 il ərzində həm mürəkkəb geoloji şəraitlə, həm də süni maneələrlə rastlaşıblar. Üç mərhələdə tikilmiş 187 km-lik Şollar su kəməri  nəhayət, 1917-ci il fevral ayının 18-də istifadəyə verilib.


Azərbaycanda 2017-ci ildə bu kəmərin 100 yaşı qeyd edilib.


Faktlarla zəngin təqdimatdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  Xatirə gecəsinin iştirakçıları Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Səidə Mirizadəyə təşəkkür ediblər.

GGİ-də TANINMIŞ SAHIBKAR VƏ MESENAT H.Z.TAĞIYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLİB
GGİ-də TANINMIŞ SAHIBKAR VƏ MESENAT H.Z.TAĞIYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLİB
GGİ-də TANINMIŞ SAHIBKAR VƏ MESENAT H.Z.TAĞIYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLİB
GGİ-də TANINMIŞ SAHIBKAR VƏ MESENAT H.Z.TAĞIYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLİB
GGİ-də TANINMIŞ SAHIBKAR VƏ MESENAT H.Z.TAĞIYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLİB
next
next