Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 Oct 2023 Diqər xəbərlər Diqər xəbərlər

AKADEMİK FƏXRƏDDİN QƏDİROV “ELMLƏR AKADEMİYALARI BEYNƏLXALQ ASSOSİASİYASI”NIN BÖYÜK MEDALI İLƏ TƏLTİF EDİLİB

AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif  Həşimov və AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev  dəvətlə Elmlər Akademiyaları Beynəlxalq  Assosiasiyası  Şurasının 36-cı iclasında iştirak ediblər.


Belarusun paytaxtı Minsk şəhərində keçirilimiş 3 günlük tədbirdə “Elmi tədqiqatların əsas istiqamətləri”, “Atom enerjisi və enerji təhlükəsizliyi”, “Kosmik tədqiqatlar sahəsində akademiyalararası əlaqələrin möhkəmləndirilməsi” və s. mövzularda məruzələr dinlənilib.


“Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası Şurasının 30 illiyi: elmi fəaliyyət üfüqlərinin genişləndirilməsi” mövzusu üzrə çıxışlarda AMEA-nın vitse-prezidenti Akademik İbrahim Quliyevin  nitqi və təklifləri maraqla dinlənilib.


Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası tərkibində  səmərəli fəaliyyətinə görə akademik Fəxrəddin Qədirov bu qurumun böyük medalı ilə təltif edilib.