Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA QƏBUL KOMİSSİYASININ İCLASI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun 2023-cü il üzrə doktorantura və dissertanturasına elmlər və fəlsəfə doktoru hazırlığı üzrə daxil olmaq istəyən şəxslərin sənədlərinə baxılması ilə bağlı yaradılmış qəbul komissiyasının iclası keçirilib.
İclas Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadənin sədrliyi ilə keçirilib. Komissiya fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulla əlaqədar materiallarla tanış olub.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə elektron qaydada həyata keçirilib. “Xarici dil” və “Fəlsəfə” fənnlərindən keçirilən qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub. İxtisas imtahanları isə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları”, “Geoekologiya”, “Hidrogeologiya”, “Ümumi və regional geologiya (paleontologiya və stratiqrafiya)” istiqamətləri üzrə keçirilib.
Fəlsəfə doktoru üzrə doktoranturaya 5 ixtisas üzrə 6 nəfər qəbul olunub. Həmçinin elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul üzrə dissertasiya işi ilə bağlı təqdim edilən materialların hazırlıq səviyyəsinə, elmi materialların vəziyyətinə aydılıq gətirilib.
Tədbirdə elmlər doktoru proqramı üzrə təqdim olunan dissertasiya mövzusunun planına və əsasnaməyə uyğun olaraq hazırlanmış təqdimat nümayiş edilib. Komissiya 2023-cü il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya iddiaçıların sənədlərini qəbul edib.